Farida Valiyeva

Farida Valiyeva
@Valiyeffa01
Bakı
Azərbaycan, 27 Ocak 2001
98 okur puanı
Mayıs 2021 tarihinde katıldı
İnsan həyatda hər arzusuna çatsaydı, həyatdan doyar, yaşamaq yanğısı öləziyər, nəhayətində sönərdi. Xoşbəxt o kəsdir ki, son nəfəsinədək həyatın qədrini bilir, yaşamaq istəyir. İnsan o zaman özünü gərəkli, xoşbəxt hiss edir ki, arzularına doğru gedən yolda irəliləyir. Çatanda isə dayanır və bundan sonra nəyi arzulamalı olduğu barədə düşünür.
Sayfa 68 - Mücrü Nəşriyyat·Kitabı okudu
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
Həyat möcüzələrlə, gözəlliklərlə doludur, təbii ki, daim çirkinlikləri axtaranlar bunları görə bilməyəcək. Ağac əkən bir bağbana rastladığımız zaman gələcəkdə ərsəyə gələcək yaşıllıq, nəfəs, gözəllik gördüyümüz kimi, o ağacdan hazırlanan tabutları da təsəvvür etmək mümkündür. Həyat bizim baxdıqlarımızdan ibarətdir...
Sayfa 58 - Mücrü Nəşriyyat·Kitabı okudu
Köhnə əşyalar sadəcə məkanın bəzəyi deyil, həm də oradakı həyatın izidir.
Sayfa 28 - Mücrü Nəşriyyat·Kitabı okudu
İnsan oxuduqlarının nəticəsidir
Mənim kimi üç-dörd nəfər daha vardı rəf yerinə səkiyə düzülmüş kitablarla maraqlanan. Çoxları isə etinasız keçib-gedirdilər yanımızdan. Bu da bir qəribə maraq yaradırdı məndə: kitabların yanından laqeyd keçməyi bacarmaq olarmı? Axı insan oxuduqlarının nəticəsidir.
Sayfa 26 - Mücrü Nəşriyyat·Kitabı okudu
Səbəbini bilmirəm, amma çox yaxşı bilirəm ki, belə olur: yaxşı yazıçılar var ki, onlar heç vaxt diqqət mərkəzində olmağa və ya şöhrətə nail ola bilmirlər. Bəlkə də səbəb onların şöhrət qazanmaq üçün yazmadıqlarına görədir.
Sayfa 25 - Mücrü Nəşriyyat·Kitabı okudu