Bəzən bir insanı gördüyün anda sənə elə gələr ki, onu çoxdan tanıyırsan. Beynindəki bütün xatirə qapılarını açarsan, yaşadıqlarınla inşa etdiyin bütün otaqları künc-bucağınadək axtararsan, di gəl, o adama aid heç nə-bir ağ-qara şəkil də tapmazsan. Həqiqətin gözlərinin içinə cəsarətlə baxıb pıçıldayarsan: "Mən bu insanı ilk dəfədir görürəm". Sonrakı cümlən isə əminlik dolu bağırtı olar: "Mən bu insanı yaradılışın ta əvvəlindən tanıyıram!"
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
İnsana onun haqqında danışan, onu izah edən, duyğu və hisslərini onun öz dilindən izhar edən, onunla birlikdə təxəyyül və gözəllik dünyasına qaçan biri mütləq lazımdır.
Fövqəlinsan olduğunu gec anladığım üçün ona "bağışla" deyə bilmirəm. Bilirəm, bir gecə yuxuma gələr, ərklə deyər: "Neyləmişəm ki?! Vətənə can qurban eləmişəm də! Borcum idi, elədim!"
Bu qədər sadə, bu qədər Vətən eşqiylə qəlbi tutuşan oğul idi Teymur. Bütün xatirələrimizdə, dostluğumuzda onun anlayışı, mehribanlığı və sədaqəti, məni həmişə sevincdən danışmağa, gülümsəməyə və xoşbəxt olmağa çağırır. Onunla bağlı xatirələri qələmə almaqda məqsədim bu xatirələrdən azad olmaq deyil. Əsla! "Xatirələr danışıldıqca yerlərini bərkidir"- deyə oxumuşdum bir kitabdan. Bu xatirələri hamıyla- bütün Teymuru tanıyanlarla bölüşmək istəyirəm.