Farida Valiyeva

Farida Valiyeva
@Valiyeffa01
Bakı
Azərbaycan, 27 Ocak 2001
98 okur puanı
Mayıs 2021 tarihinde katıldı
Bütün möhtəşəm tarixi kəşflər, dünyanın vərdiş olunan dərkinin əleyhinə gedən ideyadan başlanıb. Götürək, məsələn, Yerin girdə olması ilə bağlı bədnam müddəanı. Nə qədər təqiblərə məruz qalmışdı yalnız bircə ona görə ki, bunun necə ola biləcəyi ağıla sığmırdı: axı okeanlardakı suyun hamısı axıb gedərdi... Heliosentrizm küfr hesab olunurdu. Pərdələnmiş ağıllar dərrakə üçün əlçatmaz olana həmişə hücum ediblər. Yaradıcılar və dağıdıcılar həmişə tapılacaq. Əbədi hərəkət. Tez və ya gec yaradıcılar tərəfdarlarını qazanır, tərəfdarların sayı kritik kütləyə çatır və Yer birdən girdələşir, Günəş sistemi isə - heliosentrikləşir. Şüur dəyişir, yeni reallıq meydana çıxır.
Sayfa 639 - Qanun nəşriyyatı·Kitabı okudu
Reklam
"Əgər Nəhayətsiz Tanrı insanın müdrik olmasını istəməsəydi, O insanı öyrənmək qabiliyyətləri ilə təchiz etməzdi". Professor gözlərini yenə də tavana, insanın ilahi obrazına yaxınlaşmasının zəfərini simvolizə edən “Vaşinqtonun Apofeozuna qaldırdı. "Varlıq... çevrilib Yaradan olur". - Ən heyrətamizi isə budur ki, - Ketrin davam edirdi, özünə tam qüvvə ilə sərəncam etməyi öyrənməklə, bizi əhatə edən dünya üzərində sərəncam etməyi də öyrənəcəyik. Biz mövcud olan şəraitə, sadəcə, reaksiya vermək yox, reallığı öz düşüncəmizə uyğun düzə biləcəyik. Lenqdon baxışlarını endirdi. - Nəsə... qorxuncdur. Ketrin yüngülcə özünü itirdi, lakin gözlərində hörmət ötdü. - Hə, sən haqlısan! Fikirlərimiz dünyanı dəyişə bildiyindən, nə fikirləşdiyimiz üzərində çox ciddi nəzarət etmək lazımdır. Dağıdıcı fikirlər konstruktiv fikirlərdən heç də zəif deyil, amma axı dağıtmaq həmişə tikməkdən asandır.
Sayfa 637 - Qanun nəşriyyatı·Kitabı okudu
- Tədqiqatlarım sayəsində bilirsənmi nəyə inandım? Tanrı mövcuddur. Bu, hər şeyi və hamını bürüyən fikir enerjisidir. Biz, insan varlıqları isə onun obrazında və ona bənzər yaradılmışıq.
Sayfa 636 - Qanun nəşriyyatı·Kitabı okudu
-Bir müdrik vaxtilə mənə demişdi, - Piter güclə eşidiləcək səslə dedi, - sən və Tanrı arasında yeganə fərq bundadır ki, sən öz ilahiliyin haqda unutmusan. -Piter, mən səni eşidirəm və nə haqda danışdığını başa düşürəm. Tanrı olduğumuza mən sevinclə inanardım, amma ətrafda fani tanrılar nəsə gözümə dəymir. Haradadır o fövqəl-insanlar? İncildən və ya digər dini mətnlərdən olan möcüzələrə, əlbəttə, istinad etmək olar, lakin bunlar hamısı yalnız insan tərəfindən qoşulan və mövcud olduğu çox əsrlik dövr ərzində əfsanələrlə qol-budaqlanmış rəvayətlərdir.
Sayfa 625 - Qanun nəşriyyatı·Kitabı okudu
Zaman çaydır... Kitablar isə gəmilər. Ala-bəzək donanma kimi onlar axınla üzüaşağı yalnız bunun üçün şığıyırlar ki, parçalanıb, çay qumunda əbədi yox olsunlar. Və yalnız çox az qismi, seçilmişlər zamanın sınağından çıxır və əsrlərdə qalaraq, gələcək nəsillərin xeyrinə xidmət göstərirlər.Bu kitabların bizə qədər salamat qalması, başqalarının isə əbədiyyətə qovuşması təsadüfi deyil.
Sayfa 619 - Qanun nəşriyyatı·Kitabı okudu
Reklam