Mistik təlimlərin hamısı hələ qədim vaxtlardan eyni bir postulata əsaslanırdı: "Sirr içərisində gizlədilib". Lakin bəşəriyyət gözlərini inadla göylərə qaldırır, Tanrının simasını orada görməyə ümid edirdi.
Əgər gözəgörünməz qüvvəyə düzgün çağırış edilərsə, o caduya hay verə və çağırış edənə fövqəl-təbii qüvvə verib, onun istəyinin burada, yerdə həyata keçməsinə kömək edə bilər. Lakin həmin qüvvələr köməkləri müqabilində bəxşiş tələb edir. Nurlu qüvvələr - dua və təriflər, qara qüvvələr isə - qanlı qurbanlar.
"Qurban nə qədər sanballıdırsa, qazanılan qüdrət bir o qədər yüksəkdir".
Gələcəyin dini, - Eynşteyn öncəgörmə kimi deyirdi, - kosmik din olacaq. O Tanrı haqqında şəxsiyyət kimi təsəvvürləri adlayıb keçəcək, doqma və teologiyadan imtina edəcək.