Ortada qaldı oyunundakı uşaqlar idik axı biz, indi böyüyüb hərəmiz bir küncdə qaldıq. Topumuzu partladan məhəllədəki dayı da indi təklikdən əzab çəkir, biz də. Oynadığımız oyunlardan yaranan toz-torpaqlı küçələrdən indi tüstü, duman içində keçirik, üzümüzdən təbəssüm, yanımızdan doğmalar əskilirdi getdikcə. Gülə də bilmirəm artıq içdən, bir-iki mötərizə atıram hərdən. Bir Dostun da dediyi kimi, "Riyaziyyatda da zəhləm gedirdi mötərizələrdən"...
📖Tanrının Əlləri
Gözəl musiqi zövqü olan insanların ruhu da gözəl olur, amma inan mənə, ən pis mahnı belə kənar insanların boş düşüncələrindən daha yaxşı olur.
📖Tanrının Əlləri