Təkliyin yaxşı tərəfləri də var. Ancaq unudulmaq pis şeydir. Nəyəsə ehtiyac duyursan, şənlənirsən, narahat olursan, xoş hisslər keçirirsən və bilmirsən ki, insan üçün daha bir arzuolunan hiss də var: sənin barəndə kiminsə düşündüyünü biləndə keçirdiyin sevinc hissi.