İdarə olunan bir dünyada çox kiçik bir parçayıq. Və bu parçalar içində kiçik dərdlərimiz bizə bir dünya kimi görünür. Öz dünyamızamı çəkilmək yaxşıdır, yoxsa dünyanın dərdini çəkməkmi, bilmirəm. Bəlkə də siyasət, din, insan nəsli kimi narahatlıqlarımız öz dünyamızdakı narahatlıqlardan qaçış yolumuzdur.
Xanım Skayler öskürüb donquldandı:
-Bəs mənim şalım necə olacaq?
-Sizin şalınız?
-Bəli, o şal mənimdir.
Reis islaq şalı yuxarı qaldırdı:
-Bu sizin şalınızdır?
-Hə. Dünən yoxa çıxmışdı. Hətta hamıdan bir-bir soruşmuşam onu görüblərmi deyə.
-Hər halda bu şaldan hansı məqsədlə istifadə edilib başa düşdünüz-Reis şalı açdı, barmağıyla yanıq izlərini, bir-iki balaca deşiyi göstərdi- şalınızı səsi batırmaq üçün tapançaya dolayıblar.
-Bu lap həddini aşmaqdır.