Böyüklər həmişə nə deyirlər? "Şər deməsən, xeyir gəlməz." Bax belə bir şey. Ağ ilə qara, xeyir ilə şər, günəşlə ay, gecə ilə gündüz, qadınla kişi - bunlar necə ziddiyyətin bütövlüyüdürsə, daxili dincliyin, narahatlığın, qorxularınla inamın da eynən o cürdür. Gərək həyatda qorxularının inamını, cəsarətini, əzmkarlığını əzib keçməsinə heç vaxt imkan verməyəsən
Yəni ki həyatda hər şey müəyyən tarazlıq üzərin-də qurulur. Gərək hər şey bir-birini tamamlasın. Insm üçün həyatda ən vacib məsələ həmin tarazlığı qoruyub saxlamaqdır. Əgər bu tərəzinin ölçüsünü qaçırsan, ömür boyu əziyyət çəkərsən.