Həyatım zın hər anında zamanın bizi öldürdüyünü düsünuruük. Ancaq biz çoxdan ölmüşük. Sadəcə yavaş-yavaş sönurük. Yeni bir işıq tapmağın ümidi ilə gəldiyimiz yerə qaranlığa qayıdırıq. Uzun sözün qısası, sevgi tamamilə
cazibədir, bizi tamamlayan parça əvvəl-axır özünə çəkir.
Üstümdə o qədər Böyük örtü, o qədər kimlik var imiş ki, qurtulduqca çoxluğun dan iyrənmişdim. Üst-üstə boyanmış bir divarın bir müddət sonra ən incə sığal çəkildikdə belə pul-pul olub tökülməsi qədər dözümsüz idim. Qabıqlarımdan tamam qurtulub o saf, əl dəyməmiş, başqalarına görə eybəcər, mənim üçün əvəzsiz xam halıma qovuşmaq üçün dəli olurdum.