Lakin kitab və musiqi ilə bağlı mənimsədiyim bilikləri insanlarla bölüşmək üçün özümdə heç bir istək hiss etmirdim. Heç kim yox, məhz özüm olduğum üçün xoşbəxt idim. Bu baxımdan məni yalnız olmağı sevən eqoist adlandırmaq olardı.
Kitabları əvvəldən sevirdim, amma Şimamoto ilə dostluğum kitablara olan marağımı daha da artırmışdı. Kitabxanaya gedərək əlimin dəydiyi bütün kitabları acgözlüklə oxuyub bitirirdim. Bir kitabı əlimə aldımsa, oxuyub qurtarmamış əl çəkmirdim. Oxumaq aludəçiliyə çevrilmişdi...
Uzun müddət idi ki, qəlbimdə xüsusi bir yer tuturdu. Eynən restoranda küncdəki masanın üzərində "rezerv olunub" yazısı kimi bu xüsusi yeri məhz onun üçün saxlamışdım. Həm də bilə-bilə ki, onu bir də görməyəcəm.