Xanım Həsənli❀

10/10
·136 syf.··
2026 3. kitabı
·
4 günde okudu
·
Okunma: 30 Ocak 2026 23:20
Lev Tolstoyun “Etiraf” əsəri yazıçının həyatın mənası ilə bağlı yaşadığı dərin daxili böhranı əks etdirir. O, bütün uğurlara sahib olsa da, yaşamağın səbəbini tapa bilmədiyini etiraf edir. Tolstoya görə, elm necə yaşadığımızı izah edir, lakin niyə yaşadığımız sualına cavab vermir. Fəlsəfə və elmdə axtardığı cavabları tapa bilməyən yazıçı, həqiqi mənanı dində görür. Buradakı din kilsə qaydalarından çox, sadəlik, təvazökarlıq, vicdanla yaşamaq, yaxşılıq etmək və başqalarına zərər verməmək anlayışıdır. Bu əsəri çox bəyəndim, çünki insanı öz həyatı və varoluşu haqqında səmimi şəkildə düşünməyə vadar edir.
EtirafLev Tolstoy · Parlaq İmzalar · 029,3bin okunma
Reklam
7/10
·1062 syf.··
2025 38. kitabı
·
24 günde okudu
·
Okunma: 27 Aralık 2025 23:54
Anna Karenina insanın daxili ziddiyyətlərini və cəmiyyətlə toqquşmasını göstərən bir romandır. Anna sevgisiz bir həyatın içində sıxılır və sevdiyini seçməklə cəmiyyətin sərt qaydalarına qarşı çıxır. Onun faciəsi təkcə etdiyi seçimlərdə deyil, bu seçimlərin onu getdikcə təkliyə sürükləməsindədir. Tolstoy Annanın hekayəsi ilə yanaşı, Levin obrazı vasitəsilə həyatın mənası, vicdan və sadə xoşbəxtlik anlayışlarını da araşdırır. Bu iki xətt biri faciə, digəri isə sakit axtarış olan iki fərqli həyat yolunu göstərir. Buna baxmayaraq, Annanın bəzi davranışlarını anlaya bilmədim; həqiqətən də onun niyə bu qədər özünü tükətdiyini və çıxış yolu görmədiyini dərk etmək mənim üçün çətin oldu. Roman sevginin romantik bir xilas olmadığını, insanı həm yüksəldə, həm də məhv edə biləcəyini göstərir və oxucunu mühakimə etməkdən çox düşünməyə vadar edir.
Anna KareninaLev Tolstoy · Türkiye İş Bankası Yayınları · 202555,5bin okunma
8/10
·559 syf.··
2025 36. kitabı
Əsər bir çox yerdə sevgi romanı kimi tanına bilər.Amma bu əsərdə insanın xarici görünüşünə görə alçaldılması, sinif fərqi, ədalətsizlik, həmin dövrdə sənətə baxış və daha bir çox mövzu ətraflı şəkildə işlənir. Əsərdə göstərilir ki,insanın dəyəri görünüşündə deyil, ürəyindədir,cəmiyyət çox vaxt ədalətsizdir,xəstə ehtiras insanı da, başqalarını da məhv edə bilər,təmiz sevgi isə fədakarlıq deməkdir. Bunu da xüsusi olaraq qeyd etməliyəm ki, oxuyanda ilk iki yüz səhifədə əsəri yarımçıq qoymamaq üçün özümü çox zor saxladım. Çünki ilk səhifələrdə Paris və onun memarlığını o qədər geniş təsvir edirdi ki, sanki yazıçı bizi addım-addım Parisin küçələrində gəzdirirdi. İki yüz səhifədən sonrakı hissə isə su kimi axıb getdi. Əsəri bitirdikdə isə “yaxşı ki, oxumuşam” dediyim bir kitab oldu.
Tarih
Notre Dame'ın KamburuVictor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 202242,1bin okunma
Xoşbəxtlik >Maddiyyat
7/10
·517 syf.··
2025 33. kitabı
Kitab insanın dəyərinin var-dövlətlə ölçülmədiyini göstərir. Özünü başqalarına bənzətməyə çalışmaq insanı içdən yorur. Həqiqi xoşbəxtlik yalnız özünü olduğu kimi qəbul etməklə mümkündür. Ayrıca, uğur və şöhrət insanın ruhundakı boşluğu doldura bilmir.
1000k
Martin EdenJack London · Türkiye İş Bankası Kültür Yayınları · 2025134,8bin okunma
9/10
·126 syf.··
2025 32. kitabı
Verter çox saf, səmimi və dərin sevgi yaşayır, amma sevgini həyatın mərkəzinə çevirdiyi üçün bütün başqa dəyərləri itirir. Sevgi onu yüksəltmir, tükəndirir. Həddindən artıq romantizm insanı məhv edir. Hisslər gözəldir, amma ağıl nəzarəti itirsə, sevgi faciəyə çevrilir.
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 2024150bin okunma
Reklam