Düz 3 il əvvəl, yəqin ki, elə bu günlərdə kitabı oxumağa başladım. Filmini izləmişdim(nə vaxt rast gəlsəm yenə baxıram), sonu necə olacaq bilirdim amma kitabı heç sıxılmadan oxudum. Filmdə göstərilməyən bəzi nüanslar kitabda detallı şəkildə yazılıb.
Kitab ümumiyyətlə Xaç atası filminin, bəzi yerlərini saymasaq, 1ci və 2ci hissələrini əhatə edir. Filmin 3cü hissəsinin digərlərinə nisbətən sönük(məncə) alınmasının səbəbi əvvəlcədən kitab şəklində yazılmamasıdır. Yəni digər hissələr uğurlu alınıb deyə sırf maddi qazanc səbəbindən çəkilib filmin son hissəsi.
Kitabdan çox film haqqında yazdım) Kitab haqqında danışsaq, bol cinayətli, gözlənilməz satqınlıqlarla dolu, biraz da sevgi macəraları olan detektiv janrında saya biləcəyimiz bir əsərdir.
Xaç AtasıMario Puzo · Qanun Neşriyat · 20113,050 okunma
... düzgün dərketmə düzgün əmələ aparan yoldur. Və yalnız düzgün əməllər edən adam mükəmməl adam ola bilər. Biz ona görə nəyisə səhv edirik ki, doğrusunu bilmirik. Buna görə də öyrənmək vacibdir.