O, Kitidən ona görə narazıydı ki, lazım olan bir zamanda onu tək buraxmaq istəmirdi (qəribə də olsa, Levin düşünürdü ki, Kitinin onu sevə biləcəyi xoşbəxtliyinə hələ bu yaxınlarda inanmağa cəsarət etmədiyi halda, indi Kitinin onu həddindən artıq sevdiyindən özünü bədbəxt hesab edirdi!). Özündən ona görə narazıydı ki, sərtliyini saxlaya bilməmişdi.