"O Zaman ayrılmadan ölərdik, sonsuza qədər, eyni bədəndə, oyanmadan, qorxmadan və sevginin qoynunda..."
Yan Starka "Hər xəstə küçələrdə qollarını açaraq qaçmaz, İncildən parçalar oxumaz" demişdi. Ruhunu qucaqlayan dəlisov çarəsizlik içində "bu da isbatı" deyə düşündü.
Fikir verirsinizmi? Adam ölməkdə olan bir nəfərin kömək istəyən çığırışlarını eşidir və televizora rahat baxa bilmək üçün qapını bağlayır. Tanrım, bu dünya niyə bu günə qalıb!?
Bununla müqayisədə uşaq vaxtı bizə danışılan nağıllar daha səmimi idi. Hər nağılın sonundakı cümlə haqqında nə düşünürsüz?
"və ömür boyu xoşbəxt yaşadılar..."
Bu cümlədə önəmli bir həqiqət gizlənir. Çünki sonda itirmək var. Ən amansız tərəfidə budur: əvvəldə nə qədər xoşbəxt olmusansa, itirəndə də bir o qədər əzab çəkəcəksən.