"Bir sözü ilə həyat daha rəngli görünərdi gözümə...
Baxışlarım dəyişərdi, bucaqlarım dəyişərdi...
Pəncərədən gözüme solğun görünən bütün rənglər canlanardı...
Bəlkə, pəncərələrim belə dəyişərdi...
Bir sözü ilə daha müdrik olardım – daha ağır, daha səssiz...
Bəlkə, daha şən, daha canlı, istədiyim kimi olardım... Mən olardım..."
– Biri var...
– Aha...
– Heç nə, bu qədər.
– Elə bu?
– Çox xoşuma gəlir. Məncə... Məncə, o mənə tam lazım olan adamdı.
– Nə hiss edirsən?
– Ayağımın yerdən üzüldüyünü... Hər şeyə hazır olduğumu... Güc hiss edirəm özümdə.
– Nəyə hazırsan, məsələn?
– Ona yemək bişirməyi öyrənməyə.
– Sevginin gücü...
Başqa şərtin var ?
– Mənə heç zaman xəyanət etməyəcəksən. Yalana, xəyanətə nifrət edirəm. Nə vaxtsa məndən soyusan , sevdiyin biri olsa , bunu çəkinmədən de. De ki, Xədicə, sevdiyim var. Söz verirem ki, inciməyəcəyəm, dava-dalaş salmayacacağam. Sakitcə həyatından çəkilib gedəcəyəm.
Bütün günahkarların o biri dünyada cəzalanacağını iddia edənlər bu dünyanın ədalətsiz olduğunu etiraf etmiş olurlar. Mənim əqidəmə görə, Tanrı hər bir günahın cəzasını elə bu dünyada verir. Özüdə heç də həmişə insanların qurduğu ədalət məhkəməsi ilə yox . Bəzən günahkar insanı içdən cəhənnəm atəşinə bürüyür,bəzən cəzasını başqa bir bəndəsinin əli ilə verir.