Tezliklə dəyişə bilərəm. Təkcə əhvalım deyil, məqsədlərim də dəyişə bilər. Özümü dəyişirəm, yoxsa fərqli şərtlərə və fərqli qayğılara görə eyni məsələlərlə məşğul oluram?
Cavan bir oğlan nə etmək, necə yaşamaqla bağlı məsləhət istəyəndə, başqası olsaydı, cavab verməmişdən öncə fikirləşərdi, sizinsə cavabınız artıq hazırdır: həyatı anlayıb dərk etməyə və ya əsl xoşbəxtliyə çatmağa çalış.
"Əsl xoşbəxtlik" deyilən o fantastik şey nədir axı? Əlbəttə, bunun cavabı yoxdur.
Dərindən düşünsəniz, bizi həyəcanlandıran zahiri aləmin nə qədər cılız, mənasız olduğunu anlarsınız. Həyatı dərk etməyə çalışmaq lazımdır, əsl xoşbəxtlik ondadır.