Qalxıb getmək istəyirsən,ancaq hara?
Qalmaq istəyirsən, ancaq niyə?
Sevinməyin üçün hər şey var, ancaq qəmlənirsən.
Hər şeyin var, ancaq yenə də nəsə istiyirsən, nəsə çatışmır.
Demək istəyirsən, bilmirsən nəyi.
Ürəyin doludur,bilmirsən nə ilə.
Bir çox şeyi etmək istəmirsən,ancaq lazımdır.
Qəlbin sevir,ancaq bilmirsən kimi.
Həqiqətdir, ancaq şəkk edirsən.
Sanırsan ki, xoşbəxtsən,
Bəs göz yaşları niyə?
Yaşayırsan, ancaq bilmirsən nə üçün.
Ətrafın adamla doludur, darıxırsan yenə.
Ayıq vaxtı ürəyinin dibində pas atıb qalanları, çürüyüb ürəyində itənləri üzə çıxarıb özgəsinə açmaq olmur. Onlar da qalır, kif atır, çürüyüb ürəyini də çürüdür, ömrünü də.
İnsan çox zaman qiymətli bir şeyi əldən
verəndən, onun qədrini bilməyib itirəndən sonra ayılır.Hər gün görsə də, qəlbinin duymadığı,nəfəsinin ətrini hiss etmədiyi bir adam ondan uzaqlaşandan sonra,qəlbindəki boşluğu görür və gecə-gündüz xiffət çəkir.