Zümrüd Usmanova

Zümrüd Usmanova
Reklam
İnsan onu ucaldacaq fürsətləri bilərəkdən əldən verəcək qədər ağılsızdır
Sayfa 16
-Bitti hər şey, onu öldürəcəyəm! -Nə danışırsan, balaca, atanı öldürəcəksən? -Bəli, öldürəcəyəm. Başladım belə. Adam öldürmək Bak Consun tapancasını götürüb partapart vurmaq demək deyil ki! Yox elə deyil. Onu ürəyimdə öldürəcəyəm - sevməyərək... Nəhayət, bir gün tamamilə ölüb gedəcək.
Sayfa 157
9/10
·400 syf.·
2023 5. kitabı
Kitabın sonunda özümə gələ bilmədim, əsla belə sonluq gözləmirdim. Alisiyanın yaşadıqları mənə dərindən təsir etdi, hətta Alisiya üçün ağladım da. Bir uşağın valideynlərindən sevgi görməməsi gələcəkdə belə fəlakətlərə səbəb ola bilərmiş. "İfadə edilməyən emosional heç vaxt ölmür. Onlar diri-diri basdırılır, bir müddət sonra eybəyər formada geri döncəklər"-bu söz Alisiyanın içinə basdığı hislərini və onları necə büruzə verdiyinin sübutudur. Kitabın başından məni ən maraqlandıran Alisiyanın niyə danışmamağı idi, lakin bu mövzu üzərində çox danışılmamasından o hisləri duya bilmədim, daha təsirli səbəb gözləyərdim. Ümumiyyətlə, oxuduğum ən təsirli əsərlərdən idi, əsər boyu özümü onun yerinə qoyub onu dərindən anlamağa çalışdım, yaşadıqlarını. Alisiyanın yerində olsa idim, mən nə edərdim, necə reaksiya verərdim deyə saatlarla düşündüm.
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 202112,8bin okunma
Reklam