Zümrüd Usmanova

Zümrüd Usmanova
Puan vermedi·185 syf.·
2023 14. kitabı
Özümə söz verdim ki, çalışım bundan sonra tez-tez Azərbaycan ədəbiyyatından da əsərlərə şans verim. Elə uzun zaman sonra ilk oxuduğum kitab da bu oldu.. Yaxşı ki olub. Nuriyyə obrazı elə canayaxın, səmimi təsvir edilib ki, özümü ona doğma hiss edirəm artıq. Hansı ki bu qadınının bütün hisslərini yalnız biz bilirdik, hamıdan gizlətdiyi gerçəkləşməyən arzuları üçün həm kədərləndik, həm də bu cəsur addımları üçün onunla qürur duyduq. Nuriyyənin hisslərini xəlvətdə saxlayıb bir qadın kimi Səadətin ailəsinə kölgə salmamasını təqdir etməsək olmazdı. Nuriyyə özü də bunu başa düşür, heç bir şəkildə buna yol verməyəcəyini özü də bilirdi. Məndə əsər iki qovuşa bilməyən sevgi kimi yox, bir qadının bir qadın üçün öz hisslərinizdən vaz keçməsi kimi daha çox yadda qalacaq. Nuriyyənin bundan sonrakı həyatında xoşbəxt olmasını arzu edərdim, çünki o buna layiqdir. Kitablar bitsə də, oxucularda bitmir, ağlıma gəldikcə yenə Nuriyyəni bir neçə dəqiqə düşünəcək, içimdə ona haqq verəcəyəm)
Söyüdlü Arxİlyas Efendiyev · Avrasiya Press · 19591,309 okunma
Reklam
-Hər şey yaxşı olacaq.. -Bu sözdən zəhləm gedir. Hər şeyin bərbad olduğunu insanın üzünə vurur!
Sayfa 265
Puan vermedi·313 syf.·
2023 13. kitabı
İlk öncə əsərdə verilən dərin mənalı dialoqları çox bəyəndim,yazıçılar öz hislərini kitablar vasitəsilə bizə çatdırırlar, bu kitabda da bir az özümdən tapdım deyə bilərəm) yazıçıdan oxuduğum ilk kitabdır, ümidvaram ki, digər kitablarını da oxuya bilərəm. Əsərin əvvəlində diqqətdə sadəcə Anar və Kahira idisə, sonunda sadəcə Hurinin taleyi məni uzun düşüncələrə vadar etdi, yazıçı obrazların hislərini necə dolğun, təəssüratlı təsvir etmişdisə, sanki bütün bunları mən yaşayırammış kimi hiss etdim. Kahiranın atası əsərdə çox yer verilməsə də dünyagörüşü, düşüncəsi ilə tərifəlayiqdir. Kitabı bitirəndə Anar və Kahiranın bütün bu zamanda yaşadıqları gözümün önündən keçdi, hərçənd ki bir daha görüşməyəcəkdilər:(
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018263 okunma
Puan vermedi·220 syf.·
2023 12. kitabı
Və həyatın acı taleyini yaşamış bir obraz daha... bir an kaş ki bunlar baş verməyəydi, həyat öz axarı ilə getsəydi dediyim anlar oldu. Əsərdə sevdiyini hər şəkildə qəbul edə bilən, güclü qadın obrazı, Fəridəni də oxuduq. Sonda bütün baş verənlər hadisələrdə bütün əsər gözümün qabağından keçdi, buruq bir gülümsəmə ilə əsəri bitirdim:)
SonsuzƏli Rzazadə · Bakı, Parlaq İmzalar · 201880 okunma