Zümrüd Usmanova

Zümrüd Usmanova
Reklam
9/10
·400 syf.·
2023 5. kitabı
Kitabın sonunda özümə gələ bilmədim, əsla belə sonluq gözləmirdim. Alisiyanın yaşadıqları mənə dərindən təsir etdi, hətta Alisiya üçün ağladım da. Bir uşağın valideynlərindən sevgi görməməsi gələcəkdə belə fəlakətlərə səbəb ola bilərmiş. "İfadə edilməyən emosional heç vaxt ölmür. Onlar diri-diri basdırılır, bir müddət sonra eybəyər formada geri döncəklər"-bu söz Alisiyanın içinə basdığı hislərini və onları necə büruzə verdiyinin sübutudur. Kitabın başından məni ən maraqlandıran Alisiyanın niyə danışmamağı idi, lakin bu mövzu üzərində çox danışılmamasından o hisləri duya bilmədim, daha təsirli səbəb gözləyərdim. Ümumiyyətlə, oxuduğum ən təsirli əsərlərdən idi, əsər boyu özümü onun yerinə qoyub onu dərindən anlamağa çalışdım, yaşadıqlarını. Alisiyanın yerində olsa idim, mən nə edərdim, necə reaksiya verərdim deyə saatlarla düşündüm.
Səssiz PasiyentAlex Michaelides · Qanun Nəşriyyatı · 202112,8bin okunma

Zümrüd Usmanova

, bir kitabı yarım bıraktı
Erich Maria Remarque
9.1/10 · 568 okunma
Puan vermedi·256 syf.·
2023 4. kitabı
Kitabı yarısına kimi artıq hər şeyin məlum olduğunu düşünürdüm,lakin elə olmadı və kitab gözləmədiyim bir sonluqla bitdi. Qanunlar sadəcə kağız üzərində olmur, qanun bizi bağışlasa da vicdanımızın bağışlamadığı anlar olur. Fərman etdiyi suç qarşısında öz cəzasını seçdi və taleyi ilə barışmalı oldu. Hər kəs etdiyi əmələ görə cəza alırlar, Fərman azadlıqdan məhrum olması ilə, Nafiz canı ilə, Nəsrin isə bir ömür boyu çəkəcəyi vicdan əzabı ilə ödəcəyək.)
Seçilmiş CəzaElhan Elatlı · Elgün · 2013613 okunma
Reklam