"Təvəqqe edirəm mənim ölməyimdə heç kimi müqəssir etməyəsiniz.
Mən özüm öz əlimlə özümü öldürdüm... Ah, insanları birbirindən ayıran "uçurum dərələr!" Mən sizi məhv etmək istərkən siz məni məhv etdiniz...
Fəqət əmin olunuz, siz axırda məhv olunacaqsınız... "
Bahadır; millətini sevən, təhsilli müsəlmandır. Sona isə dünyagörüşlü, elm sahibi bir xristian ermənidir. Onların məhəbbətinə əngəl onların milliyəti deyil, dini məzhəbləri olur. Ümumiyyətlə bizdə bu əsər yəqin ki bir azərbaycanlının erməniyə sevgi bəsləməsi səbəbindən çox tanınmır, oxudulmur. Günümüzdəki cəmiyyətin molla cəhaləti nəinki təkcə indiki dövr üçün, hətta o dövr üçün də problem imiş ki, əsərdə tənqid edilir. Əsərdə dini məzhəblərə xristian-müsəlman münasibətlərinə toxunulub. Bundan əlavə, Bahadırın bu qədər tez məğlub olması niyə bəs? Əsərin sonunda hər şey yaxşıya doğru getmişdi, niyə belə oldu hələ onu düşünürəm
Bahadır və SonaNəriman Nərimanov · Qanun Nəşriyyatı · 2022356 okunma
- Bir dilin qədrini millət o vaxt bilər ki, haman dildə yazılan inşalar millətin həm bədəninə və həm ruhuna tərbiyə verə. Və bir dilin o vaxt qiyməti olar ki, o dili təlim verənlərdə qeyrət, insaf ola. Məktəblərimizə baxırsan: yüz ildən qalma qayda-qanunla dərs verirlər...
"Türkcə yazmaq, oxumaq bilirsinizmi?" sualıma qız cavab verdi ki,
-"Türk dili nədir ki, ona gözəl vaxtımı çürüdəm və nəyə lazımdır..."
Bu sözlər mənim qanımı dəxi də xarab edib davam gətirə bilmədim, xudahafiz, deyib çıxdım. Bəs belə, - Bahadır fikrə gedib dedi - "Gör bir, sən özün türk qızı olasan öz dilini bəyənməyəsən!"