Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Zübeydə

Zübeydə
@Zubiii
Bakı
2003
12 kütüphaneci puanı
53 okur puanı
Ekim 2023 tarihinde katıldı
324 syf.
·
Puan vermedi
·
10 günde okudu
Həyat qısadır bizim isə bir birimizə demədiyimiz sözlər çoxdur.
İllər öncə aldığım kitabı və hər dəfəsində başlayıb yarıda saxladığım bu kitabı nəhayət bitirdim.Kitabı bitirdikdən sonra içimdə böyük bir sıxıntı yarandı. Və ilk kitab idi ki, mənə belə bir sıxıntı yaşatdı. Özümə hər dəfəsində bu sualları verdim. Niyə bu kitabı yarımçıq qoydum? Niyə oxumaq üçün səy göstərmədim? Məgər o qədər maraqsız idi ? Məgər oxunulmayacaq bir kitab idi ? Təbii ki, kitab heç də, maraqsız və oxunulmayacaq bir kitab deyildi. Düşünürəm ki, kitabı bəlkə də, o vaxtlar oxusam həm də anlamadan bitirsəm bu qədər mənalı olmazdı. Ancaq indi çox yaxşı anladım. Çünki anlamaq üçün yaşamaq lazımdır o hadisəni. Culiya məncə çox şanslı idi. Həyatın başlanğıcında nə yaşadığın elə də önəmli deyil, əsas önəmli olan sonunun necə olacağıdır. Həmişə bu düşüncədə olmuşam. Ola bilər Culiya həyatının başlanğıcında çətin anlar yaşadı ancaq ,son anda həyat ona öz gözəl hədiyyəsini bəxş etdi. Bəzi sözlər var ki, insan onu dilə gətirə bilmir. Bəlkə dilə gətirsə rahatlayar ancaq o rahatlamaq əvəzinə qəlbinin ən dərinliklərində saxlayıb acı çəkməyi qəbul edir. Təxirə salınmağa layiq olmayan kitabsan. Sadəcə yaxşı ki, oxudum deyə bilərəm .
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy · Qanun Neşriyyat · 0840 okunma
Reklam
324 syf.
·
Puan vermedi
·
10 günde okudu
Bir Birimizə Demədiyimiz Sözlər
Bir Birimizə Demədiyimiz SözlərMarc Levy
8.1/10 · 840 okunma
Uşaqlar və valdeyinlərə üz-üzə gəlmələri üçün bəzən illər tələb olunur.

Okur Takip Önerileri

Tümünü Gör
Reklam
Bəs səncə, hisslərindən əmin olmadan kiminləsə birgə yaşamaq yalan, xəyanət deyil ?
Axı qəlbin ən dərinliyində olan sirləri tanımadığın insana açmaq tanıdığın insana açmaqdan çox fərqlənir.
Mən özgələrin məsləhəti ilə oturub-duran yaşı keçmişəm.
Müəyyən bir yaşa qədər insan başqasına olan məhəbbətindən məst olur, əslində isə bu, insanın özünün özünə olan sevgisidir.
249 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.