Ayişə Poladzadə

Ovod
10/10
·335 syf.··
Beğendi
·
2023 9. kitabı
·
27 saatte okudu
·
Okunma: 18 Şubat 2023 13:56
Bu kitabı niyə bu günə kimi oxumamışam deyə üzüldüm. Oxuduğum ən təsirli və güclü romanlardan biri oldu. Düşünürəm ki, bunun haqqını verir.Kitabın bitməyini isə heç istəmirdim. Son cümləni oxuyanda qayıdıb başdan yenə oxumaq istədim. Eyni həvəs və həyəcanla. İlk dəfə idi ki, bu cür hislər keçirirdim. Hər kitabda hiss edilən bir duyğu deyil. Kitabı oxuyanda vaxtın necə keçdiyini belə hiss etmirdim, sevdiyim hissələri isarələmədim, çünki, hər cümləsi gözəl idi, oxumağı dayandırıb onları işarələmək vaxt itkisi idi sanki. OVOD ilə yaşadım, onunla sevdim, onunla qaçdım, onunla gizləndim, onunla üzüldüm, onunla ağladım. Necə bir obraz idin sən. Ən son ana kimi, çox ümidli idim hətta. Kitab bitəndə duyğusal bir boşluğa düşdüm sanki. Mütləq oxuyun bu kitabı, ətrafınızda da hamıya tövsiyə edin deyərdim.
Edebiyat
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20122,312 okunma
Çox möhtəşəmdir..
Önceki 2 yanıtı göster
Farid Abbasov
Farid Abbasov
mənim üçün də çox təsirli idi. Sanki kitabdan əlimi uzadıb kömək etmək istəyirdim😂
1 yanıtı göster
"Əqrəb"siz cəmiyyət
7/10
·206 syf.··
2023 7. kitabı
·
25 saatte okudu
·
Okunma: 07 Şubat 2023 14:34
Bu kitaba maraq hamı kimi məndə də kitabın motivləri əsasında çəkilmiş serialdan sonra oldu. Yaxın zamanda həm serialı izləyib, həm də kitabını oxuduğum üçün baxmayaraq ki,bu bir kitab şərhidir, serial ilə bağlı da fikirlərimi bildirmək istəyirəm. İlk öncə kitab haqqında deyə bilərəm ki, mövzusu nə qədər maraqlı olsa da ədəbi cəhətdən zəif idi. Mövzusu təbii ki cəmiyyətin qaranlıq təfərlərini işıqlandırdırdığı üçün diqqət çəkən idi. Amma bir çox hadisələr bəsit işlənmişdi, tez baş verirdi, qırılamalar var idi və baş verən hadisələrin zamanı və saatları üst-üstə düşmürdü. Ümumi olaraq isə,kitabda bir insanın sevgisizlikdən bir caniyə çevrilməyini oxuyuruq, həmçinin ailə problemləri, pul xətrinə atılan addımlar, pul xətrinə seçilən həyat yoldaşları, evli qadınların özlərindən kiçik sevgililərini. Serial isə güclü ssenari, rejissor və operator işi ilə yadda qalan idi. Bəzi səhnələr çox güclü çəkilmişdi və aktyorlar izləyiciyə həmin emosiyaları gözəl çatdıra bilirdilər. Bir neçəsini çıxmaq şərti ilə təbii ki. Amma serialda da çox çatışmazlıqlar var idi. Azərbaycan kino və serial sektorunda ciddi dönüş etməyi bacaran bu çox serialı bədii filmdə olan həmin çatışmazlıqları görməzdən gəlmək olar. Çünki, uzun zaman idi ki, gözlərimiz ölkəmizdə yayınlanan kefiyyətli işlər görmürdü. Son olaraq demək istəyirəm ki, ssenari kitabdan daha güclü idi. Bəs sizin fikirləriniz nələrdir?
1000Kitap
ƏqrəbCeyhun Hidayətli · Qanun Nəşriyyatı · 2015181 okunma
Bəli, bir dedektiv serialına görə baş rollardan daha güclü bir iş gözləyirdim. Bəsitlik var idi. Buna baxmayaraq keyfiyyətli iş öz sözünü dedi. Doğurdan da təbrik olunası bir iş çıxarıblar, davamı olmasını ümid edirəm.
Qrafik Dizayn/ Tipoqrafika
10/10
·239 syf.··
Beğendi
·
2023 4. kitabı
·
145 günde okudu
·
Okunma: 27 Ocak 2023 14:34
Ölkədə qrafik dizaynla maraqlanan hər kəs ilk olaraq Azərbaycan dilində mənbəə əksikliyindən şikayətçidir. Həmçinin məndə. Nə xoş ki artıq bu işə ilk addımı atan insanlar var. Rizvan Bağırlı bu kitabında tipoqrafikanı demək olar ki, dərindən, nümunələrlə izah edir. Həyatımızın ayrılmaz parçası olar tipoqrafika mövzusunu ələ alaraq, öz dilimizdə bir vəsait ərsəyə gətirib. Dizaynla maraqlanan hər bir kəsin çox rahat və maraqla oxuyacağı bir kitabdı.
Tasarım
TipoqrafikaRizvan Bağırlı · Code Academy · 20219 okunma
Həmçinin IT sahəsində Azərbaycan dilində mənbə əksikliyi var.
Doğrudur
KİTAB KLUBU
Salam, əziz kitabsevərlər💙Ümid edirəm hər biriniz yaxşısız.. Yeni olmasa da bir ideya ilə gəlmişəm. Kitab klubu yaradıb bu platformada olan kitabsevərləri bir araya toplamaq fikrim var. Qatılmaq istəyənlər "+" ata, şəxsidə yaza bilər. Maksimum şəkildə paylaşılsa sevinərəm :) Qeyd: Tg qrupu açılacaq və müəyyən tarix təyin edib canlı görüşlər ediləcək. Bəzən online söhbətlərimiz də ola bilər. Ən çox aktiv olanlara kitab hədiyyə ediləcək. Əlavə məlumat üçün yaza bilərsiz. Xoş mütaliələr 🌻
Anket