Aynur Mammadli

Aynur Mammadli
@_Bibliofil_
Puan vermedi·637 syf.··
2016 19. kitabı
"Dirilmə" romanı Lev Tolstoyun yarım əsrlik yaradıcılıq fəaliyyətinin yekunu, son monumental bədii əsəridir. Qısa olaraq xatırladım ki, müasirlərinin yazdığına görə, L. Tolstoy son əsərini F. Dostoyevskinin "Ölü evdən qeydlər" əsərini təkrar oxuduqdan sonra yazmışdır. Beləliklə, xalq fikri əsas götürülmüş "Hərb və sülh", ailə problemi əsas götürülmüş "Anna Karenina" romanlarından "Diirlmə" romanına qədər (əsas fikri insan və cəmiyyət) gərgin ideya axtarışlı uzun zaman keçmişdir. Bu zaman ərzində Rusiya cəmiyyətində cərəyan edən hadisələr, proseslər də dəyişmiş, kəndlilərin torpaqsızlaşması, yoxsullaşması və kapitalizmin gücü artmışdı. ️Roman haqqında məlumatları incələyəkən romanın real hadisədən təsirlənərək yazılması faktına rast gəldim. Andlı məhkəməsinin üzvü (prisyajnı iclasçı)aldadıb atdığı qadını məhkəmədə görür, günahını yumaq üçün həmin xanımla evlənmək istəyir, ancaq o qadın həbsxanada vəfat edir. Amma romanı oxuyanar artıq bilirlər ki, roman başqa süjet xətti əsasında yazılıb. Tolstoy romanın ərsəyə gəlməsinə on ilini (düşünmək və yazmaq) sərf etmişdir. Özü roman haqqında belə yazırdı: "Mən romandan məmnunam, çünki orda uzun müddət məni məşğul edən şeyləri demişəm". Yazıçı həmçinin son romanını milyonlarla oxucuya ünvanlanmış "yığılmış məktub" adlandırırdı. ️"Dirilmə" romanı nəşr olunan zaman müəllifin digər əsərləri kimi bu qədər səs-küylə və maraqla qarşılanmamışdır. Hətta araşdırmalarda bir neçə min tirajla satıldığı qeyd olunub. Çarizm də bu əsərdən ehtiyat edirdi. Senzuranın əsərdən çıxardığı hissələr var idi. Bu roman çap edildikdən cəmi 6 il sonra 1905-ci il inqilabı baş verdi. Tolstoy cəmiyyətin böhranlı vəziyyətini yazmaqla rus inqilabının uzaqda olmadığını öngörmüşdü. Tolstoy dünya ədəbiyyatına və mənəviyyatına böyük təsir göstərib və bu təsir bu
Edebiyat
DirilişLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202521,6bin okunma
Aynur Mammadli
Çox bəyəndim kitaba olan təhlilinizi👍🏻 bu kitabı indi bitirdim və tam mənim ağlımdan keçən fikirləri yazmısınız
Reklam
Bu yıl en sevdiğiniz kitap hangisi oldu? Benim en çok sevdiğim kitaplar: ytbe.one/StuC4Rg0y70
Edebiyat
Aynur Mammadli
Karamazov Kardeşler✨