Dinara

Gece Yarısı Kütüphanesi
7/10
·282 syf.··
2025 4. kitabı
·
117 günde okudu
·
Okunma: 27 Temmuz 2025 01:03
Həyatımda yaşadığım bir neçə təvəffük varsa, onlardan biri də bu kitabın ən doğru zamanda həyatıma girməsi olmuşdur. Həmin vaxt həyatımda ən böyük peşmanlıqları yaşadığım bir dövr idi. Kitabın əvvəllərində sanki öz düşüncələrimi oxuyurmuşam kimi bir hissiyat var idi. Elə bir çok alıntını məhz əvvəllərində çıxarmışdım, ortalara doğru düzü o qədər də axıcı olmadı mənim üçün. Bəzi həyatlardan sanki çox kiçik çətinliklərə görə imtina edilirdi. Hər şeyə rəğmən hamının bir dəfə oxumasını düşündüyüm kitablardandır. Ola bilər ki, bir il əvvəl oxusaydım, belə düşünməzdim, ancaq sonda kitab insana sanki həyatda bəzi şeyləri dəyişəcəyinə dair inam verir. Düzdür, bu o qədər də əlçatan olmasa da, amma azından o gücü qısa bir anlıq hiss etmək və yaşadığın hisslərin bir hissəsinin əslində sənin seçimin olduğunu bilmək insana qısa aydınlanma yaşadır. Bəlkə də həqiqətən həyata bu qədər mənalar yükləmək, hər şeyin səbəbini axtarmaq çox absurddur; sadəcə yaşamalıyıq. Ümid edirəm ki, bunu nəzəriyyədə deyil, praktikada həyata keçirə bilərəm, keçirə bilərik.
Gece Yarısı KütüphanesiMatt Haig · Domingo Yayınevi · 202598,1bin okunma
Reklam
10/10
·230 syf.··
2024 1. kitabı
·
100 günde okudu
·
Okunma: 08 Şubat 2024 19:57
‘Ferrarsini Satan Bilge’ bir vəkilin zənginlik və xoşbəxtlik arasındakı əlaqə haqda düşüncələrindən bəhs edir. Kitab vəkilin infarkt keçirərək bir növ həyatında dönüm nöqtəsi yaşamasıyla başlayır. Və bu hekayə bizlərə əsil dəyərlərin nə olduğunu , xoşbəxliyi tapmaq üçün nələr etməli olduğumuzu, əsil xoşbəxliyin nə olduğunu və nələrdən qaynaqlandığını, əslində insan üçün nəyin önəmli olduğunu kəşfetmə yolculuğunu anlatan çox özəl bir kitabdır. Əsil mənada başucu kitabı adlandıra biləcəyimiz kitablardan..
Ferrari'sini Satan BilgeRobin Sharma · Pegasus Yayınları · 201223,6bin okunma
Yaşamak..
8/10
·210 syf.··
2023 14. kitabı
·
14 günde okudu
·
Okunma: 08 Ekim 2023 19:05
Yaşamak- okumadan ölmeyin, okuyunca zaten öleceksiniz! Məncə elə bu cümlə kitab haqqında bir çox şeyi açıqlayır. Bir çox insanın da dediyi kimi kitabı oxumazdan əvvəldən salfetləri hazırlayın. Əslində normalda yeni bir kitaba başlayarkən o haqda sadəcə "oxu" deyilməsini, bundan əlavə kitab haqqında heç bir məlumat verilməməsini üstün tuturam. Ancaq bu kitab haqqında bir çoxları tərəfindən spoiler sayılmayan dərəcədə məlumatım var idi və duyğusal olduğunu bilirdim. Buna görə də duyğusallıq cəhətdən gözləntim yüksək idi. Amma kitabı oxuduğumda sadəcə bir dəfə gözümdən yaş gəldi.Və bu da xərçəng bürcü biri üçün çox azdır Dediyim kimi, bu çox ehtimal kitabın duyğusal olduğunu əvvəldən bildiyimdən qaynaqlanır. Özüm oxuyacağım kitablar haqda kiçik də olsa məlumat almaq istəmədiyim üçün kitabın hekayəsi barədə heç bir şey qeyd etmədim. Sadəcə yaşam hekayəsi tərzi kitablar oxumağı sevirsinizsə oxumaqdan peşman olmayacağınız bir kitabdır,tövsiyə edirəm..
Hayata Dair
YaşamakYu Hua · Jaguar Kitap · 202670,2bin okunma