Xədicə

Xədicə
:):
9/10
·160 syf.··
2024 3. kitabı
Yazar söyləmək istəyibdə söyləyə bilmədiyim cümlələrin hər birini bir kitabda birləşdirib sanki. Hərəkətlərində hər kəsdən fərqli olduğunu düşündüyünüz, qərəzli (önyargılı) yanaşdığınız o insanların niyə elə olduğunu anlayırsız. Özümün bir sıra xüsusiyyətlərimi, haqq verdiyim cümlələri bu kitabda gördüm. Ən sevdiyim kitablar sırasında oldu. Ən çox da kitabın giriş və əsas hissələrində. Hələ Maria Puder...Xasiyyəti, söylədikləri... ● Kitabda bəzi nüanslar xoşuma gəlməsə də, (1 balı bu səbəbdən qırdım) ümumi olaraq götürdükdə, olduqca yaxşı kitabdır. Onsuz, bu kitab haqqında danışılacaq çox söz olsa da, düşüncələrimin hamısını paylaşmıram, sadəcə bir qismini... ● Kitabda sözlərə fokuslansanız yaxşı, hadisələrə fokuslansanız normal kitab olacaq. ● Raifə qəzəbləndim. Evlənib, qarşısındakı qadına haqsızlıq etdiyinə, Marianı günahlandırmaq əvəzinə ardıyca getmədiyinə və s. səbəblərdən. ~ Kaş ki, hər kəs özünə uyğun insanlarla tanışa bilsə, həyat tərzlərinin uymadığı insanlarla bir mühitdə qalmaq məcburiyyətində olmasa idi...
Kürk Mantolu MadonnaSabahattin Ali · Yapı Kredi Yayınları · 2025376,7bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Böyük bir SanalAğ macerası seriyası bitdi...
10/10
·320 syf.··
2024 2. kitabı
·
5 günde okudu
·
Okunma: 12 Şubat 2024 20:02
SanalAğ seriyasının üçüncü kitabı, digər adıyla–"Ters köşe" ;) ● Seriyanın ən həyəcanlı, ən yanıldıcı kitabı olduğunu deyə bilərəm ki, hadisələrin ardıcıllığını öyrənmək üçün əlinizdən düşürmək istəmədən oxuyacağınızdan əminəm. ● Hadisələrin gedişatı sizləri təəcübləndirə bilər. Hətta oxuyarkən bəzi bölümlərdəki gözlənilməz hadisələr üzərinə ani reaksiyalar verə bilərsiz. Sürprizlərə hazır olun :) ◇ Ümumilikdə seriyanı dəyərləndirsəm, bütün hadisələr film kimi gözünüzün önündə gerçəkləşir sanki. Müəllif elə bir aura yaradıb kitabda. "Labirint" seriyasını oxumusuzsa, ona bənzər, hətta onun kimi içində kimə güvəniləcəyi bilinməyən bir yolculuqdur deyə bilərik. Həyəcan, bir macəradan digərinə atılma, bəzi şeylərin fərqinə varmaq (insandan insana dəyişə bilər) və bir çox duyğu dolu seriya...
Hayat OyunuJames Dashner · Pegasus Yayınları · 2017709 okunma
10/10
·320 syf.··
2024 1. kitabı
·
4 günde okudu
·
Okunma: 04 Şubat 2024 09:16
(Semestr imtahanlarından sonra nəhayət seriyanın ikinci kitabını bitirdim) ● Birinci kitabı oxuduğunuz zaman hadisələrin davamını öyrənmək istəyəcəksiz, ikinci kitabda bir çox suallarınıza cavab tapacaqsız. ● Hadisələri nəfəssiz və bir çox bölümdə təəccüblənərək oxuduğum bir kitab oldu, zatən, J.Dashnerdən də bunu gözləyirdim.
OyunbozanJames Dashner · Pegasus Yayınları · 2016910 okunma
10/10
·304 syf.··
2023 18. kitabı
Ən sevimli yazarlarımdan biri olan James Dashnerin müəllifliyi ilə yazılan "Oyun ustası" seriyasının ilk kitabını bitirdim bu gün. (️️Mövzusu; Michael Virtual Şəbəkədə dostları Bryson və Sarah ilə oyunlar oynayır və dərinliyə girəcəyi günü gözləyir. Və bu yaxınlarda şahidi olduğu bir hadisədən sonra dostlarının dəstəyinə hər zamankindən daha çox ehtiyacı var. "Virtual Network Security" gənc oyunçunun qapısını döyəndə məlum olur ki, onlar oyunçuları qorxudan terrorçu Kaineni tapmaq üçün onun hakerlik bacarığından istifadə etmək istəyirlər. Bu məqsədlə yoldaşları ilə birlikdə Yola addımlayan Michael, fiziki və ruhi mübarizələr nəticəsində çoxlu itki, ağrı və yorğunluq yaşayacaq.) Mənim baxışım; J.Dashner yenə hər bölümündə bizi təəccübləndirən bir kitab yazmağı bacarıb. Hadisələr gözünüzün önündə gerçəkləşirmiş kimi hiss edəcəksiniz. Bilim-qurğu, fantaziya və macəra. Hər üçünün birləşdiyi bir kitab️.
Oyun UstasıJames Dashner · Pegasus Yayınları · 20161,498 okunma