Ağıl hər zaman axtarışdadır, o, hələ də naməlum bir ünvanda daha yaxşını tapmağa çalışır, Din isə ən yaxşını artıq ortaya qoyub. Sadəcə Allah ağıllı daim iti və işlək saxlamaq üçün hər şeyi birbaşa hazır vəziyyətdə onun ovcuna qoymur, O, ağıla meydan təyin edir, daha doğrusu, ağlın cövlan meydanını konkretləşdirir və bildirir ki, bütün okeanları, dənizləri axtarmağa nə ömür, nə güc yetməz, sən istədiyin mirvarini bax, konkret bu dənizdə axtar.
Hər haqq özü-özlüyündə bir nur daşıyıcısıdır, o, bir yerə ifşa üçün belə təşrif buyuranda öz nurunu da özü ilə aparır. Batil öz varlığını onu məhv etmək üçün ətrafına toplaşmış haqlıların nurundan alır. Yoxsa batil özü - özlüyündə başdan - başa zülmətdir!
Tənhalıq hissi, yalnızlıq nisgili, depressiya və sairə haradan yaranır? Diqqətsizlikdən! İnsanın bu həyatda ən çox ehtiyac duyduğu şey diqqətdir! Diqqətdən kənarda qalan, görünməyən, sayılmayan, adam yerinə qoyulmayan insan saralacaq, solacaq, depressiyaya düşəcək və ən nəhayət, həyatla ölümün arasına bir ip çəkib intihar edəcək. İnanın ki, sizin, bəlkə də, hətta zarafatla dediyiniz xoş bir söz kimin üçünsə həyati məna kəsb edə bilər.
"Müsəlmanların bir millət kimi mövcudluğu Hüseyn (ə) şəhadəti ilə bağlıdır. Ona görə ki, Hüseyn (ə) eşqi ilə yanan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz."
Marbini