Əgər hər hansı bir fərd və ya cəmiyyət hər hansı nailiyyətə imza atıbsa, deməli, bütün insanlar, bütün cəmiyyətlər eyni nailiyyətə imza atmaq potensialına malikdirlər!
Bu potensialı məhv etmək üçün səni aşağılayacaqlar, prinsipial olduğunu sübuta yetirənə qədər gülüş obyektinə çevirəcəklər, ötəri bir yaz yağışı olduğunu düşünəcəklər, ciddi yanaşmayacaq, saymayacaq, görməzliyə vuracaqlar. Sonra davamlılığını görüb, reaksiya verəcək, lağa qoyacaq, fitə basacaq, etiraz edəcəklər. Sənsə onlara cavab verməyəcəksən, yoluna davam edəcəksən, onlar sataşacaqlar, sən irəliləyəcəksən, onlar daş atacaqlar, sən yenə də irəliləyəcəksən...Elə bilirsən sonda onlar səninlə razılaşıb, sənə qoşulacaqlar? Yox, əsla! Buna onların "şəxsiyyətlərinə" hakim kəsilmiş qürurları imkan verməyəcək, amma əsas odur ki, artıq sənə etiraz etməyəcək, daş atmayacaq, lağa qoymayacaqlar, əksinə, sayğı duyacaqlar!...