Müştərək həyat müqaviləsini imzalayandan sonra əgər tərəflərdən biri həyat şərikinin məsuliyyətini yerində saxlayıb özü öz öhdəliklərinə əməl etmək istəməsə, sanki ondan öz köləlik hökmünə qol çəkməsini istəyib. Əgər kişi öz öhdəliklərinə əməl etməsə, amma qadın öhdəliklərinə sadiq qalsa, onun dəyəri kəniz və qulluqçudan da az olacaq. Həmçinin əgər qadın öz öhdəliklərindən boyun qaçırsa, amma kişi öz öhdəliklərinə sadiq qalsa, o, qadının qarşısında əsir yerində olacaq.
Şizoid və imic - bir-birinə o qədər də uyğun olmayan iki kəlimədir. Onların qarderobunda cibi çox olan gödəkçələr, boş geniş şalvarlar üstünlük təşkil edir. Hər zaman köhnə geyimlərə üstünlük verən şizoid düyməsi qopmuş, rəngi solmuş geyimi rahatlıqla geyinə bilər. Bütövlükdə onlar geyimə laqeyd yanaşır və illərin dəbindən geri qalır.
Elmə, biliyə üstünlük verən intellektual şizoid isə hər hansı bir brend ayaqqabıya və ya bahalı aksessuara pul xərcləməkdənsə, şkafın rəfini kitablarla doldurmağı daha önəmli sayacaq.