Şəhərdə gözəl qadınlar gözəlliklərini bir-iki ilin içində elə xərcləyib qurtarırlar ki, bir müddətdən sonra o gözəllikdən əsər-əlamət qalmır. Reklamlara çəkilmək, restoranlara müştəri dəvət etmək, gündə birini sevmək qadında gözəllikmi qoyar?! Gözəllik də sərvətdir, Kəlbəcər qızılı kimi xərcləyirsən bitir, yerinə yenisi əmələ gəlmir.