Dəyərli həmkarım Səbinə Bayramovanın "Yaralı ruhlar" əsəri haqqında fikirlərim : İlk öncə onu deyim ki, “Yaralı Ruhlar” insanın daxili sükutuna, gizli ağrılarına və ruhun parçalanmış güzgüsünə baxmaq cəhdidir. Əsər həm bədii, həm fəlsəfi, həm də psixoloji təhlil səviyyəsində insan varlığının qaranlıq tərəflərinə enə bilir. Yazar bunu ustalıqla bacarır. Müəllif insanla ruh arasındakı münasibəti fiziki və metafizik ölçüdə izah etməyə çalışır. Belə düşünürəm ki, müəllifin burada çatdırmaq istədiyi əsas ideyası budur ki, insan nə qədər dəyişsə də, ruhu hər zaman onun gizli tarixi kimi qalır. Əsərdə müəllif oxucu ilə canlı dialoqa girir. Ona "sən" deməklə aradakı buzları əridir. İnsan özünü hansısa psixoloji seansda, hansısa bir psixoloqun qarşısında hiss edir. Kitabın əsas güclü tərəfi odur ki, o, insanı kənar müşahidəçi kimi saxlamır, onu öz içinə çəkib, öz dünyasına aparır. Hər cümlədə müəllifin hisslərinin titrəyişi duyulur. Hətta bəzi yerlərdə bir cümlə ilə belə insanın bütün duyğusunu ifadə etməyi bacarır. Oxuduqca insan öz dəyərini anlayır. Məsələn :"İşıqlanmaq üçün yan, işıqlandırmaq üçün deyil. İşıqları söndür bundan sora səni tapmaq istəyən özünü yandırsın." Sonda isə yazımı əsərin ən sevdiyim cümləsi ilə bitirirəm : "Sonda hər şey gözəl olmalıdır. Əgər nələrsə pisdirsə, deməli bu hələ son deyil."
Dəyərli yazıçı Fərid Məhərrəmlinin “Setralı” romanını oxuyarkən özümü həmin dünyanın bir sakini kimi hiss etdim. Əvvəlcə bu dünya haqqında yazım. Əsərdə bəhs olunan dünya əslində fantastik bir dünya
İndiyə qədər heç bir sıxıcı kitab bu qədər çəkici ola bilməyib. )) Sıxıcılıq daha çox romanın atmosferindədir. Həmin sıxıcılıq oxuduqca oxucunu öz aləminə çəkir. Mükəmməl əsərdir.
İlk olaraq onu vurğulayım ki, detektiv və sevgi romanı janrları mənim oxu tərzimə bir qədər yaxın deyil. Buna baxmayaraq əsəri oxumaq mənim üçün elə də çətin olmadı. Arif obrazı real həyatda çox rast gəlinən bir obrazdır və ustalıqla işlənib. Əsəri oxuyarkən həmin obrazda olan insanların davranışı eynən gözümün önünə gəldi. Birəbir eyni işlənib. Sonluq daha çəkici idi mənim üçün. Xüsusilə Gülərin qardaşı üçün öz canından keçməsi çox təsirli verilib. Ümumi fikir olaraq romanın süjet xəttini bəyəndim. Sonluq da çox gözəl bağlanıb. Əsas irad olaraq əsərdə çoxlu redaktə və korrektə səhvləri haqqında yazacam. Ən xoşalmadığım şeylərdən biri "-da" və "-də" şəkilçilərinin işlənmə yerləri ilə bağlıdır. Məncə yazıçı bunlara çox fikir verməlidir. Əsas da ilk əsərdə. Çünki ilk əsər həmin yazarın dəsti-xətti haqqında ümumi fikir formalaşdırır və gələcəkdə bu səbəbdən oxucu itirə bilər. Digər bir nüans isə roman konkret bir zamanla getmir. Bir cümlə indiki zamanda yazılsa da, növbəti cümlə bir çox yerdə keçmiş zamanda yazılıb. Bu da oxu zamanı oxucunu çox yorur. Redaktorların təbirilə desək oxucunun qulağını cırmaqlayır. Xəstə yatağında Gülnazın Səlimin göz qapaqları ilə oynaması, bir qədər deyib-gülməsi məncə bir az absurd alınıb. Bunlara rəğmən əsər özünü oxutmağı bacarır. Sonluq yaxşı bağlandığı üçün bəzi xırda səhvlər unudulur. Ehtiram bəyə yazıçılıq fəaliyyətində uğurlar arzulayıram. Yazın-yaradın ki, bizlər də oxuyaq