Samir Turan

Samir Turan
@_Samir_Turan_
"Zona", "Oğurlanmış ruhlar" və "Kölgəsizlər"romanlarının müəllifi.
Coğrafiya müəllimi və yazıçı
Yevlax, 7 Aralık 1990
14 okur puanı
Ekim 2025 tarihinde katıldı
Şu anda okuduğu kitap
Hər şey yaxşı olacaq deyə bir şey yoxdur. Hər şey yaxşı, hər şey ideal ola bilməz. Yıxılacaqsan, duracaqsan, durmaq istəyəndə yenidən ayaqlar altında qaldığını hiss edəcəksən, amma inadla, cəsarətlə və ümidlə yenidən ayağa qalxıb, mən bunu bacardım deyərək gözlərinin içi güləcək.
Alıntı
Reklam
Setralı romanı haqqında düşüncələrim.
10/10
·192 syf.··
2025 124. kitabı
·
5 günde okudu
·
Okunma: 18 Ekim 2025 23:32
Dəyərli yazıçı Fərid Məhərrəmlinin “Setralı” romanını oxuyarkən özümü həmin dünyanın bir sakini kimi hiss etdim. Əvvəlcə bu dünya haqqında yazım. Əsərdə bəhs olunan dünya əslində fantastik bir dünya olsa da yazıçının qələminin gücü sayəsində bu dünya real aləmdən fərqlənmir. Düzünü desəm Fərid bəyin qələmini kolumbiyalı dünya şöhrətli yazıçı Gabriel Garcia Marguez”ə bənzətdim. Əsərdə “möcüzənin reallığı”, “sehirli realizm” mövzuları çox ustalıqla işlənib. Tarix və fantastika o qədər real yazılıb ki, əsərdə nə baş versə də oxucu ona inanır, onu yaşayır. Adlardan çox ustalıqla istifadə olunub. Əsər bədiilikdən daha çox bir nəsihət kitabına da bənzəyir. Pisnis adı ilə Kross, müjdələnmiş adı ilə Zumğegi Kladius Kladiusun qədim kitabından sitatlar oxuyarkən elə bil hansısa müqəddəs kitablarda keçən ayətləri oxuyurmuşuq kimi hiss edirik. Mənim düşüncəmə görə yazıçı da burada elə bunu çatdırmaq istəyib. Çünki inanc məsələsi romanın əsas ideoloji xəttidir. Fərid bəy burada ilahi sevginin gücünü və ona inanmağın üstün cəhətlərini ustalıqla işləyə bilib. Məsələn “elə inan ki, heç vaxt ümidin itməsin. Elə inan ki, ümidini itirənlərin belə ümidi qayıtsın” kimi ifadələr buna misal ola bilər. Və ya “Haqqı axtarmaq insanın fitrətindədir. Nə zaman haqqa dönsən bağışlanarsan və sənin qaba qaranlığın aydınlığa çevrilər”. Əsərin mövzusu, gedişatı və obrazların və dünyanın ustalıqla işlənməsinə söz yox. Tənqidim isə sadəcə əsərin dilinin çox ağır olmasıdır. Heç buna tənqid də demək olmaz. Çünki bu üsul Fərid bəyin özünəməxsus üsuludur. Hadisələrə daxil olduqdan sonra isə bu ağırlıq hiss olunmamağa başlayır. Və sonda yazımı romandan ən çox bəyəndiyim sitatla tamamlamaq istəyirəm : “Səmanı görmək istəyirsənsə, başını qaldır və gözünü geniş aç”
Duygu ve Düşünce
SetralıFərid Məhərrəmli · Alfacin Nəşriyyatı · 20244 okunma
Nə tam mərhəmətli idi, nə də tam qəddar. Sadəcə insanlara yazığı gəlməyən bir yazıq idi. SAMİR TURAN - KÖLGƏSİZLƏR.
Alıntı
Bu üzdə qorxu da var idi, əsəb də. Bəli qorxurdu. Qorxusunu dilə gətirə bilmirdi. Bəlkə də qüruruna sığışdıra bilmirdi. Üzündəki bu ifadə səssiz bir yalvarış idi. Nə dilə gətirə bilirdi, nə də xilas ola bilirdi. Əsəbi isə həmin yalvarışının cavabsız qalmasının qışqırığı idi. Səssiz bir qışqırıq idi bu. SAMİR TURAN - KÖLGƏSİZLƏR.
Alıntı

Samir Turan

, bir kitap okudu
10/10
·192 syf.··
5 günde okudu
·
2025 124. kitabı
Fərid Məhərrəmli
8/10 · 4 okunma
Reklam