Spoyler ola bilər!:)
"Edebiyyatdaki en ilham verici kelimelerin, en yoğun düşüncelerin bazıları kadınların dudaklarından dökülürdü; gerçek hayatta ise kadın, zar zor okurdu, güçlükle hecelerdi ve kocaslnın malıydı".
Bu cümlədən də keçmişdə qadına qarşı olan qərəzin böyüklüyünü anlamaq olar. Qadınların azadlığının, söz haqqının, cəmiyyətdəki mövqelərinin məhdudlaşdırıldığı bir dövrdən bəhs edir Virciniya Vulf bu əsərdə bizlərə. Bu zamanlar məhdudlaşan bir digər sahələrdən biri də qadınların ədəbiyyatdakı yerləri idi. Öz fikirlərini müstəqil şəkildə cümlələrə tökə bilmirdilər və yaxud bu baş versə belə qınaq obyektinə çevrilirdilər, ya da başqa formada tədbir görülürdü.
Bunlardan əlavə, müəllif təhsil sahəsində də kişilərin qadınlardan daha çox imkana sahib olduqlarını vurğulayır(o dövr üçün). Universitetin binasından tutmuş onlara verilən hüquqlara kimi nəzərə çarpacaq dərəcədə ayrı-seçkilik var idi.
Sevindirici haldır ki, zaman keçdikcə bu hal dəyişib və qadınlar daha müstəqil,xoşbəxt, öz qərarlarını verə biləcəkləri bir dövrə çatmışıq. Amma, təəssüf ki, müəyyən coğrafiyalarda bu hallar qalmaqda davam edir.
Əsər feminist düşüncəli insanların sevə biləcəyi bir əsərdir. Və özünü gücsüz hiss edən qadınlara fərqindəlik yaşada biləcək fikirlərə malikdir