Bu dünyanı əməlli-başlı tanımadan, nə olduğunu doğru-dürüst anlamadan buradan gedəcəyiksə, nədən ötrü gəlmişik bəs? Yaşadığımızı hiss etmədikdən sonra nəyə görə yaşayırıq ki?
Maraqlıdır, görəsən, niyə bu məcəllələrdə bir cinayətin cəzası yeddi il azadlıqdan məhrum etməkdən başlayır, başqa cinayətinki, məsələn, səkkiz ildən? Yəni, bu rəqəmlər arasında, doğrudanmı, ədalətə xidmət edən məntiqi bir fərq var idi?