Gülnar

Gülnar
@__gulnar__
İ𝐧𝐬𝐚𝐧𝐥𝐚𝐫 𝐡ə𝐫 ş𝐞𝐲𝐢 𝐤𝐢𝐭𝐚𝐛𝐥𝐚𝐫 𝐢𝐧𝐬𝐚𝐧𝐥𝐚𝐫ı 𝐝ə𝐲𝐢ş𝐢𝐫... •𝕂𝕚𝕥𝕒𝕓 𝕢𝕦𝕣𝕕𝕦•
Tələbə
GDU ^ Information teacher
Azerbaijan
11 okur puanı
Kasım 2022 tarihinde katıldı
Puan vermedi·216 syf.··
2023 21. kitabı
Fesleğen... Uzun zamandan bəri ehtiyacım olan kitab desəm yerinə düşər. Oxuduqca sanki öz əksimi görürdüm. Hamı kimi olmamaq çabası , anlaşılmaq istəyi, çox danışmağa gərək duymayan və özünü dinləməyə ehtiyacı olan qızın hekayəsi... Fikirləri qədər özəl sevgi hekayəsi olan bu qız Allaha xatir sevib Allahın razı qaldığı bir yaşam sürərək sonda əsl xoşbəxtliyə çatmağından bəhs edir. Dünyada olub , dünyalı olmayan bu qızın hekayəsindən öyrənləcək çox amma çox şey var...
İnsan ve Duygular
FesleğenHikmet Anıl Öztekin · Hayy Kitap · 201717,2bin okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
9/10
·120 syf.··
Beğendi
·
2023 22. kitabı
Kitab ən gözəl müəllimdir... Uzun zamandır fərqində olmadığım amma fəsadlarını hiss etdiyim təkəbbürümdən xilas yollarını öyrəndim bu kitabla. Ümumiyyətlə təkəbbür nədir? Mənəviyyatımızda necə gizlənir? Onu hansı yollarla üzə çıxarmaq olar? Hansı qərar və addımlarımız təkəbbürdən irəli gəlir? Və s. kimi suallara bu kitabda cavab tapdım. Sadə dildə yazılmış rahat kitab idi. Dini kitab kimi görünsədə əsalində hamı oxumalıdır. Çünki təkəbbür dini mövzudan çox həyati mövzudur. İnsanın bütün həyatına təsir edir çünki. Hətda bu xəstəlik insanı məhvə doğru aparır. Odur ki bu kitabı mütləq oxumalısız. Xoş mütaliələr....
İnsan ve Duygular
Gizli təkəbbürdən xilasElirza Penahiyan · İbrət Nəşriyyatı · 012 okunma
Qadının fədakarlığı
Puan vermedi·420 syf.··
2023 9. kitabı
"Anam hər zaman deyərdi ki, bu süfrədə hər kəsin payı var. Deyəsən elə o zamandan mənim payım olmayıb..." Mənim payım.... Nə zaman xatırlasam içimi parçalayacaq hekayə. Hekayə demək bəsit qalır sanki. Qadının gücü, qadının ümidləri, qadının əzmi , qadının fədakarlığı... Ahhh Məsumə... bütün həyatını ,arzularını, hədəflərini, gəncliyini, sevgisini fəda edən Məsumə... Oxuduqca dayanıb boş boş divara baxmağıma səbəb oldu bu kitab. Obrazlar o qədər incəliklə təsrəvir edilib ki, sanki , gerçək həyatda onlarla şəxsən tanışam kimi hiss etdim. Kitabda İslama bağlı bir ailədə böyüyən özüdə islama bağlı olan Məsumə zorla ərə verilir. Və toydan sonra Məsumə evləndiyi oğlanın ateist olduğunu öyrənir. Hadisələr də elə ondan sonra başlıyır.... Hadisələr İslam inqilabı dönəmində cərəyan etdiyi üçün inqilabdan da söz gedib. Düzdü inqilabla bağlı bəzi fikirlərin analizini bəyənməsəmdə, ümumilikdə möhtəşəm idi. Bu kitabdan sonra "qadın kimdir ?"sualına verəcək saysız hesabsız cavablarım var. Təsirindn çıxmaq çətin olsada heç olmasa bir dəfə oxunmalıdır.... Həyatda öz paylarından məhrum olan neçə Məsumlərin xoşbəxtliyi tapması ümidi ilə.... xoş mütaliələr....
Hayata Dair
Mənim PayımParinoush Saniee · Qanun Nəşriyyatı · 20132,409 okunma
8/10
·250 syf.··
2023 6. kitabı
Reallıqdan uzaq , tamamilə xəyal məhsulu bir roman. Əsas qəhrəmanımız Mehan ikinci həyatını yaşayan bir gəncdir. O birinci həyatındakı sirləri açmaq və birinci həyarındakı ailəsini tapmaq üçün yola çıxır. Bu zaman dilimində gözlənilməyən hadisələr baş verir. Xəyanətlər, peşmanlıq, yalnış qərarlar , bilinməyən izlər.... Məncə müəllifin bizə vermək istədiyi əsas mesaj" keçmişdən aslı qalıb yaşadığın anı ziyan etmə" idi. Çünki həyat yaşadığımız bu andan ibarətdir. Kitab biraz dedektiv roman janrını xatırladır. Axıcı və sadə dildə yazılıb. Yazıçının ilk kitabı olduğunu nəzərə alsaq xeyli uğurlu alınıb. Ən əsası altını çizə biləcəyimiz çox sayda fikirlər var... Xoş mütaliələr....
Duygu ve Düşünce
Ayrılıqların TəkrarıXəzər Süleymanlı · Mücrü Neşriyyatı · 2021100 okunma