Kitab ən gözəl müəllimdir...
Uzun zamandır fərqində olmadığım amma fəsadlarını hiss etdiyim təkəbbürümdən xilas yollarını öyrəndim bu kitabla. Ümumiyyətlə təkəbbür nədir? Mənəviyyatımızda necə gizlənir? Onu hansı yollarla üzə çıxarmaq olar? Hansı qərar və addımlarımız təkəbbürdən irəli gəlir? Və s. kimi suallara bu kitabda cavab tapdım. Sadə dildə yazılmış rahat kitab idi. Dini kitab kimi görünsədə əsalində hamı oxumalıdır. Çünki təkəbbür dini mövzudan çox həyati mövzudur. İnsanın bütün həyatına təsir edir çünki. Hətda bu xəstəlik insanı məhvə doğru aparır. Odur ki bu kitabı mütləq oxumalısız. Xoş mütaliələr....
"Anam hər zaman deyərdi ki, bu süfrədə hər kəsin payı var. Deyəsən elə o zamandan mənim payım olmayıb..."
Mənim payım.... Nə zaman xatırlasam içimi parçalayacaq hekayə. Hekayə demək bəsit qalır sanki.
Qadının gücü, qadının ümidləri, qadının əzmi , qadının fədakarlığı... Ahhh Məsumə... bütün həyatını ,arzularını, hədəflərini, gəncliyini, sevgisini fəda edən Məsumə...
Oxuduqca dayanıb boş boş divara baxmağıma səbəb oldu bu kitab. Obrazlar o qədər incəliklə təsrəvir edilib ki, sanki , gerçək həyatda onlarla şəxsən tanışam kimi hiss etdim.
Kitabda İslama bağlı bir ailədə böyüyən özüdə islama bağlı olan Məsumə zorla ərə verilir. Və toydan sonra Məsumə evləndiyi oğlanın ateist olduğunu öyrənir. Hadisələr də elə ondan sonra başlıyır....
Hadisələr İslam inqilabı dönəmində cərəyan etdiyi üçün inqilabdan da söz gedib. Düzdü inqilabla bağlı bəzi fikirlərin analizini bəyənməsəmdə, ümumilikdə möhtəşəm idi.
Bu kitabdan sonra "qadın kimdir ?"sualına verəcək saysız hesabsız cavablarım var. Təsirindn çıxmaq çətin olsada heç olmasa bir dəfə oxunmalıdır.... Həyatda öz paylarından məhrum olan neçə Məsumlərin xoşbəxtliyi tapması ümidi ilə.... xoş mütaliələr....
Reallıqdan uzaq , tamamilə xəyal məhsulu bir roman. Əsas qəhrəmanımız Mehan ikinci həyatını yaşayan bir gəncdir. O birinci həyatındakı sirləri açmaq və birinci həyarındakı ailəsini tapmaq üçün yola çıxır. Bu zaman dilimində gözlənilməyən hadisələr baş verir. Xəyanətlər, peşmanlıq, yalnış qərarlar , bilinməyən izlər....
Məncə müəllifin bizə vermək istədiyi əsas mesaj" keçmişdən aslı qalıb yaşadığın anı ziyan etmə" idi. Çünki həyat yaşadığımız bu andan ibarətdir.
Kitab biraz dedektiv roman janrını xatırladır. Axıcı və sadə dildə yazılıb. Yazıçının ilk kitabı olduğunu nəzərə alsaq xeyli uğurlu alınıb. Ən əsası altını çizə biləcəyimiz çox sayda fikirlər var...
Xoş mütaliələr....