Sıxılmadan oxuduğum kitablardan biri oldiu. Əsər baş qəhramının özünə düşkünlüyündən yüksək eqosundan bəhs edir. Daha çox narsisizm janrlı bir əsərdi. Elə əsər də Narsisizmin adını götürdüyü Narkisos hekayəsinə bənzərdi.
Romanı daha yaxşı anlamaq üçün bu hekayəni də oxumağı məsləhət görərdim. O hekayədə də olduğu kimi roman gözəlliyin və estetikin eqoizmlə görüşməsi üzərinə yazılıb. Öz gözəlliyini narsisizm halına gətirmiş olan Dorian, vücudunun çirkinləşməməsi üçün ruhunun çirkənləşməsinə razı olur. O nə yaşlanmır nə də çirkinliyinin heç bir detalını simasında daşımır. Roman Basil adlı rəssamın dostu Dorianın portretini yaratması ilə başlayır. Bu əsərdən sonra öz gözəlliyinə aşiq olan Dorian ruhunun bütün pisliklərinin və yaşlılığın gətirdigi bütün cizgilərin bu əsərə yansımasını dua edir. Və Dorianın əsl hekayəsi bundan sonra başlayır…
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Bu əsər kimsəsiz bir qızın keçdiyi ağrı və acı dolu yollardan bəhs edir. Ailəsini itirdikdən sonra dayısının himayəsində olan, daha sonra dayısının də ölümündən sonra dayısı uşaqları və dayısı yoldaşıyla böyüyən Jane gözəl idraka və ağıla sahib olur. Günün demək olar bütün hissəsi kitab oxumaqla sevir. Onu sevməyən və istəməyən dayısı yoldaşı onu evdən göndərməyi qərara alır. Və Jane’nin əsas həyatı bundan sonra başlayır. Oxuduğum heç peşman olmadığım bir çox cümlələrini isə qəlbimə həkk etdiyim bir kitab oldu.
Jane EyreCharlotte Brontë · Can Yayınları · 202042,3bin okunma
Oxuduğum ən gözəl kitablardan biri idi. Oxuyucuda kitaba qarşı aşırı maraq oyadır və sonuna qədər həvəslə oxumağa sövq edir. Kitabın əsas məğzi oxuyucuya istəklərin və xəyalların arxasınca sonuna qədər getməyi aşılamaqdı. Kitabın əsas qəhramanı da sırf bu xəyalı üçün səhralar və çöllər gəzir. Xəyalını gerçəkləşdirməy uğrunda çalışır. Bəzən arzularımızdan yarımçıq əl çəkirik. Bəlkə də gerçəkləşməyinə çox az qalmış bu yoldan dönürük. Əminəm ki, bu kitabı oxuyan hər kəs o əl çəkdiyi arzunun arxasınca yenidən düşəcək. Xoş mütaliələr…