- EEL-in başçısı Nikolae Nevresku. Düşmənləri ona "Bıçaq Nik" deyir.
- Nə pis ayaması var, - mən udqunaraq dedim. -Bəs dostları nə deyir?
- Onun dostu yoxdur.
- Dərslərin başlanmağına ikicə gün qaldı, - mən dedim.
- Elis Dil məktəbi gözünü qorxutmur ki?
-Təzə məktəb həmişə gözümü qorxudub, - etiraf etdim.
- Qorxma, hər şey əla olacaq, - Marqaret əminliklə dedi.
-Niyə? Çünki məktəb müəmma açmağı, mütaliə eləməyi xoşlayan şagirdlərlə doludur?
-Yox, - Marqaret dedi. - Çünki mən orda olacağam.
- Sən mənim ən yaxın dostumsan, Florian. Bu isə o deməkdir, sən heç vaxt mənə mane olmursan. Biz özümüzü bir-birimizdən ayıra bilmərik.
Heç şübhəsiz, indiyə qədər mənə belə gözəl söz deyən dostum olmamışdı.
- Gələcəkdə bunu nəzərə alaram, - dedim.