Passiv olmaq başqalarının sizin yerinizə qərar verməsinə imkan yaratmaqdır. Aqressiv olmaq başqalarının əvəzinə qərar verməkdir. Qətiyyətli olmaq öz qərarını özün vermək, hər şeyin yolunda olduğuna, öhdəsindən gəlməyə qadir olduğuna inanmaqdır.
Dəhşətin bizə nə öyrətdiyini seçə bilərik. Kədər və qorxu ucbatından qəzəbli birinə çevrilə bilərik. Ədavətkar, yaxud da uyuşuq birinə çevrilə bilərik. Ya da içimizdəki uşaqsayağı, canlı və hər şeylə maraqlanan bir parçaya, məsum hissimizə tutuna bilərik.
Günlərin adi gedişatı da həyata daxildir. Həyat nə qədər çətin və ya həddindən artıq stresli olsa belə... Biz ya özümüzü canlı hiss etmək üçün inanılmaz səylər göstəririk, ya da, ümumiyyətlə, həyatla aramıza sədd çəkirik. Nə üçün? Məgər normal həyat yaşamaq bu qədər çətindir?