Nənəm mənə boş tövsiyə verməz. Nənəmin sayəsində belə möhtəşəm bir xarakterlə tanış oldum. Çox sağ ol, nənəcan
"Lap uşaqlıqdan mən həyatın əzab və məşəqqətləri içinə daha canlı, daha ləyaqətli görünən qəhrəmanları sevərdim. Mən istəyərdim oxuduğum əsərin qəhrəmanı sehrkar bir cazibədarlıqla məni çəkib ardınca aparsın. Qorxulu uçurumlardan, alovlardan keçirsin. Mənə yalnız gül ləçəklərinin naxışlarındakı heyrətli ahəngi deyil, eyni zamanda, həyatın boz üzünü göstərsin, amansız sitəmlərini hiss etdirsin. Mən yalqızlığı sevmirəm. Mən həyatda da bütün düymələri öz yerində olan, plakat kimi cansıxıcı adamlara nifrət edirəm". (Səh.48)
Arxanca apardın ürəyimdəki incə hisslərimi, Nuriyyə! Əsl Azərbaycan qadını, məğrur, sarsılmaz, iradəli, əzmkar və fədakar!
"Söyüdlü Arx". Sevgi, xoşbəxtlik, bərəkət arxı.
Əsərimizin baş qəhrəmanı Nuriyyə: yetim böyüyən, öz ayaqları üstündə durmağı bacaran, uşaqlıqdan bəri bütün çətinliklərin öhdəsindən gələn, bəlkə də bizim gözümüzdə "Yazıq qız" kimi gördüyümüz, amma yazıqlığı heç vaxt özünə yaraşdırmayan, bütün əzmini, enerjisini xalqına xidmət edən bir Azərbaycan xanımı. Özümü onun yerinə qoyuram. "Qız ürəyi necə zəif olurmuş". Zəifmi idi onun ürəyi? Onun yerində olsam, mən də elə davranardımmı? Bu qədər böyük iradə və insan sevgisi. Bəzən sevgi, eşq, ehtiras bir kənarda qalır. Balaca bir ürəyin, uşağın həyatı daha da çox mənalı hala gəlir. Hansı övlad anasız ya atasız yaşamaq istəyər ki? Necə də psixoloji qədərimizi valideynlərimizin seçimi yazır. Amma balaca Əlimərdanın səadətini Nuriyyə yazdı.
Muradın :“Günü-dirliyi cəhənnəm əzabı içində keçən bir ata mənim oğlumun nəyinə lazımdır?”, deməsinə rəğmən Murad üçün də, Əlimərdan üçün də həyatı şirinləşdirən Nuriyyə, necə böyük ürəyin var. Yuvanı dişi quş qurar məsəli. Ananın xoşbəxt olduğu