lavanta

lavanta
@_kitabiyyat_
@_.kitab.sever Bizi instagramdan takib ede bilərsiz
8/10
·200 syf.··
Beğendi
·
2025 4. kitabı
·
33 saatte okudu
·
Okunma: 11 Eylül 2025 17:51
~Vorkuta Əkizləri ●Əsər Viktor İvanovun elədiyi hərəkətinə görə Vorkutaya sürgün olunmasıla başlayır. Gəldiyi ilk gündən cinayətlər başlayır, hadisənin izinə düşməyəy başlayan Viktor bu zaman Mixailovla dost olur. Lakin Maksimim atasını kimin öldürdüyü hələ də aşkara çıxmır, axtarışlar heç bir nəticə vermir. Mixailov Viktorun əslində gəldiyi gündən sonra başlayan bu cinayətlərin səbəbini bilir, amma hələ gözləməli olduğunu bilir. Bir müddət sonra yenidən cinayət hadisəsi baş verir, amma cinayətkar hələ də tapılmır... Əslində hər şey personajın qurduğu oyundu, amma siz bunu ancaq kitabın sonuna çatanda anlayacaqsız, əslində o heç öz adınında sahibi deyil, kimd o? Bax bunh kitabı oxuyandan sonra biləcəksiz... Qatil kim idi? Cinayətlərin səbəbi nə idi? Vorkuta niyə mədənlər şəhəri adlanırdı? Viktor niyə Vorkutaya gəldi? Suallarınıza cavab tapacaqsız... Kitab sizə " Sİçanlar və adamlar " kitabını xatırlada bilər..
Vorkuta ƏkizləriBəhram Əhməd · Kaspi Nəşriyyatı · 202326 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
10/10
·592 syf.··
Beğendi
·
2025 3. kitabı
·
10 günde okudu
·
Okunma: 03 Ağustos 2025 15:52
Cek London - Martin İden Bu sadəcə bir kitab deyil, yaşanmışlıqdı desəm doğru olardı. Matros olan Martinin zadəgan təbəqəsindən olan Arturun həyatını xilas etməsilə onun bu təbəqəyə qarışması onun həyatında dəyişikliklərə səbəb oldu. ~Arturun bacısına aşiq olan Martin ona görə dəyişməyə başladı. Amma bilmirdiki, Ruf onu öz ətrafındakı adamlardan birinə çevirmək istəyir. Gözü Rufdan başqa heçnə görməyən Martin, kitablar aləminə, fəlsəfə dəryasına baş vurdu... Və bir gün tanınmış bir yazar olmağa, Rufa layiq biri olmağa çalışdı. Lakin heç bir redaksiya onun yazdığı əsərləri qəbul etmirdi... ~Rufun ailəsi Martindən bir əşya kimi istifadə etdi. Rufun qadınlıq hissləri oyansın deyə Martini bir alətə çevirdilər. Lakin heç də hər şey Martinin istədiyi kimi olmadı , o böyük yazar ola bilmədi və Rufun ailəsinin oynadığı oyun üzündən Ruf Martindən üz döndərdi... Bundan sonra Martinin əsərlərinin necə deyərlər, "bəxti açıldı". O artıq tanınmış yazar idi , amma xoşbəxt deyildi. Nə şan nə şöhrət Martini dəyişmədi, o elə dənizçi Martin idi... ~Martin yaşadığı heç bir şeyə layiq deyildi. Kaş son fərqli bitərdi. Əsər belə göstərdi ki, " çox sevmək , vəfasızlıq gətirir" . Kimi həyatının mərkəzinə qoysan, elə o da səni məhv edəcək. Əlvida, Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 2023135bin okunma
10/10
·176 syf.··
Beğendi
·
2025 2. kitabı
·
15 günde okudu
·
Okunma: 22 Şubat 2025 22:36
Narsist bir ananın böyütdüyü bir oğul, sonda puç olan bir ailə. Ən əsası isə öz ayaqları üstündə durmağa çalışan bir qadının hekayəsi idi. Kitabın ötürdüyü mesajlar hədsiz anlamlı idi... Kitabda deyilirdi ki, ayda 30 kitab oxuyub başqaları ilə yarışa girmək əvəzinə bir kitab oxu, ondakı mənanı anla. Heç vaxt özünüzü aşağı görmüyün, niyə siz bir göyərçinə çörək verəndə, bunu bir superqəhrəmanın dünyanı xilas etməsilə müqayisə edib özünüzü dəyərsizləşdirirsiz. ... Kiminsə sizin hekayənizi dəyişməsinə icazə verməyin(kitabdakı ən özəl cümlə bu oıa bilərdi, kaş bütün alıntılar beynimdə qalsa)
Dünyaya Değil Kendine Meydan OkuMüthiş Psikoloji · Destek Yayınları · 2024704 okunma
8/10
·287 syf.··
Beğendi
·
2025 1. kitabı
·
84 günde okudu
·
Okunma: 08 Şubat 2025 15:29
Anasının pul hərisliyindən həyatı məhv olan gənc bir Muazzezəmi üzülsəm , yoxsa bu həyatda nə üçün varam? Sualına cavab axtaran Yusufamı içərlənsəm... O qədər təsirli bir roman idi ki... Səbahəddin Əlinin oxuduğum üçüncü əsəri idi. İsdəmsizcə hər üç əsərin (Kürk Mantolu Madonna və İçimizdəki şeytan) hər birində yarımçıq qalmış bir sevgi hekayəsi var, bəlkə də bu S .Əlinin öz həyatında yaşadığı şeylərdən qaynaqlanır. Çünki "İçimizdəki şeytan" əsərindədə baş obraz məhz S.Əli idi Bəs ,siz,Səbahəddin Əli qələmini sevirsiz?
Quyucaqlı YusufSabahattin Ali · Qanun Nəşriyyatı · 2020210,7bin okunma
8/10
·216 syf.··
Beğendi
·
2024 12. kitabı
·
25 günde okudu
·
Okunma: 25 Eylül 2024 21:09
Mən şəxsi inkişaf kitabları oxumağa heç vaxt üstünlük verməmişəm. Bunun yalnış olduğunu kitabı oxuduqdan sonra anladım. Kitabı oxuduqdan sonra anladımki, hər şeyi idarə etməyə çalışan və mükəmməlyətçi olmağa çalışmışam. Əgər hər şeyi düşünen birisizsə bu kitabı oxuyun nə demək istədiyimi anlayacaqsız. O qədər hafiflədimki, artıq kiminsə mənfi düşüncəsi artıq mənə maraqlı gəlmir. Bəzi şeylər düçüncələrimiz üçün artıqdı.
Her Şeyi DüşünmeAnne Bogel · Serenad · 2022588 okunma