Sevin! Təmənna güdmədən, pərdəarxası məqamlar düşünmədən, eqoizmə bulaşmadan sevin! Amma həm də başınızı itirmədən, bunu xəstəlik səviyyəsinə çatdırmadan sevin! Sevməyin ki, məhv olasınız! Sevin ki, xilas olasınız!
"Sevginin mütləq sərhədləri olmalıdır. Bu sərhədlər ən azı" başını itirmə"adlı tikanlı məftillər sarınmış beton dirəklərə dirənməlidir, əxlaq, adət-ənənə, mental xüsusiyyətlər süzgəcindən keçməlidir. Elə ki sevgi sərhədsiz oldu, onun faciəli şəkildə qırılması labüddür".