Az-maz məna vardı bəzi sözündə,
Nitqi mənasızdır, rabitəsizdir.
Fəqət həmin nitqi kim eşidirsə,
Ona məna verir öz bildiyitǝk.
Baxışı, duruşu, hərəkətləri
Aydın göstərir ki, onun qəlbində
Dəhşətli dözülməz bir kədər vardır
Ey ulu göylər! O iki aydır ölüb, hələ də unudulmayıb? Deməli, ümid etmək olar ki, böyük bir adamın xatirəsi dünyada özündən yarım il artıq yaşaya bilər, ancaq o, məbədlər tikdirməlidir, yoxsa heç kim onu yada salmayacaq . O zavallı qəbrinin üstünə bu sözlər yazılmış oyuncaq, çubuq at kimi tamamilə unudulacaqdır:
"Bir tərəfə atdılar,
“Atdılar, unutdular”.