“Ya ben sana ne diyeceğim? Zezé mi?”
“Rica ederim. Zezé yok artık. Geçmişteki budala çocuktu o. Bir sokak çocuğu adıydı.. Şimdi çok değiştim. Terbiyeli, kibar bir çocuğum ben...”
“Ve hüzünlü. Özellikle hüzünlü. Belki de yeryüzünün en hüzünlü çocuklarından biri, değil mi?”
“Biliyorum.”
- İnsan necə də miskinləşə bilərmiş, Horatsio! Bəşər övladının aqibəti budursa, onda böyük İskəndərin cəsədi çürüyüb kaşı şərab kuzəsinin ağzına tıxac ola bilməzmi?
- Bu çox qəribə və ağlasığmazdır, milord.
- Xeyr, qətiyyən yox. Əksinə, bütün mümkünlüyü ilə həyatın sonunu olduğu kimi düşünsək, bu qənaətə gələ bilərik: İskən- dər öldü, İskəndər dəfn edildi, İskəndər çürüyüb torpağa döndü, torpaqdan palçıq tutdular, palçıqdansa kaşı şərab kuzəsinin ağzına tıxac hazırladılar.
Ulu Sezar çürüyərək torpaq oldu mazarda,
Bu da bir başqası. Yəqin ki, o bir hüquqşünasın, bir vəkilin kəlləsidir. Bəs onun məharəti, onun bicliyi, onun fəndləri, onun fırıldaqları, onun kələkləri hanı, harada qalıb? İndi o nə üçün bu kobud yaramazın çirkin külüngünün ağır zərbələrinə dözür, onu məhkəməyə çəkmir? Hm! Bəlkə də, bu kəllənin sahibi öz vaxtında torpaq alıb-satan böyük bir dəllal olub. Hər cür qəbzlər, hər cür pul vəsiqələri, hər cür zəmanətlər, hər cür cərimələr, hər cür qazanclar barədə sənədlər düzəldib. Budurmu cərimələrin cəriməsi, qazancların qazancı? Buna görəmi onun yaxşı başı palçıqla yaxşı dolub? Onun zamin durduqlan torpaq sahiblari indi bu iki müqavilə sənədi boyda olan yerimi ona zamin durublar? Onun hazırladığı bütün sənədləri bir yerə toplasan bu yerə güclə yerləşə bilər. O torpaq sahiblərinin özləri bundan çox yer almayıblar, hə?
Aha, sən düz deyirsən. Adama elə ağır gələn də budur ki, varlılar istədiyi vaxt özünü suda boğa bilər və ya kəndirdən asa bilər, ancaq onların din qardaşları kasıb xristianların buna ixtiyarı yoxdur.