- Kaş ilk yanlış seçim etdiyimiz günə geri dönə biləydik. Kaş bu həyatı bir daha yaşamaq fürsətimiz olaydı... Bunun kimi bir çox "kaş"ları həmişə təəssüflə beynimdən keçirmişəm. Ancaq bu gün burada bir məqamı dərk etdim: o günə min yol geri dönsəydik, yenə də ilk dəfə etdiyimiz seçimi təkrarlayardıq. Bu həyatı min dəfə yaşamaq fürsətimiz olsaydı, yenə də hamısı birinci həyatın təkrarı olacaqdı.
Sayfa 372 - Qədim Qala·Kitabı okudu
Kitap Alıntısı
- Mən yolumu seçmişəm. Artıq qəti və dönüşsüz olaraq, Zero! Mən bu işdən bir məsələni öyrəndim. İnsanın içində bütün yaradılmış canlılar cəmləşib. Mələkdən tutmuş, yırtıcı heyvana, həşərata qədər. Bunların arasından nə olacağımızı özümüz seçirik və bu seçimimizdə kimsə bizi nəyəsə məcbur edə bilməz.
Sayfa 371 - Qədim Qala·Kitabı okudu
Kitap Alıntısı
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
- Şonun beynindən bu fikirlər keçirdi. "İnsan yeganə canlıdır ki, istəsə, mələkdən də üstün olar, istəsə, heyvandan da rəzil. Heyvan və mələk isə heç vaxt dəyişilib başqa birinə çevrilə bilmir", - Nəzərin təkrarlamağı sevdiyi sözləri xatırladı.
Sayfa 368 - Qədim Qala·Kitabı okudu
Kitap Alıntısı
Son dəfə yadına Peddinin sözləri düşmüşdü: "O, heç bir zaman ölməz. Sadəcə cildini dəyişər. Onun yox olduğunu sandığın anda ən böyük hiyləsi ilə qarşına çıxar. Bu hiylə sənin ən ağrılı və zəif yerinə aiddir". "Peddi, bu yeri necə təyin edə bilərəm?" sual etmişdi. "Keçmişinə bax. Ən böyük zərbəni kim və nə ilə sınandıqda almısan? Ən çox hansı xüsusiyyətin sənin aldanmağına, yerə yıxılmağına səbəb olub?" Əfsus, bu sözləri xatırlamaqda bir azca gecikmişdi. Gözlərindən axan son yaş hələ heç bir zaman duymadığı şiddətli, geri dönüşü olmayan peşmanlıqdan doğan acı göz yaşları idi. O yenə də, son nəfəsində də aldanmışdı...
Qədim Qala·Kitabı okudu
Kitap Alıntısı
- Tövbə keçmişimi mənə unutdurmayacaq axı? - Kim deyir ki, keçmişini unutmalısan. Tövbə sənə heç nəyi unutdurmayacaq. O səni içindəki gərginlikdən xilas edədecək, sənə yenidən ayağa qalxmaq gücü verəcək, gələcəyinə inanmaq üçün ümid verəcək. Tövbə ilə ruhunda çevriliş edəcəksən. Tövbə qayıdışdır. Həqiqi tövbə ruhi vəziyyətini səhvlərindən əvvəlki vəziyyətinə qaytaracaq. Rey, sən öz əleyhinə qiyam etmisən. Tövbə səni özünə əfv etdirəcək.
Sayfa 327 - Qədim Qala·Kitabı okudu
Kitap Alıntısı
- Hər kimin bir istədiyini etsən, dönüb sənə dost olar, iki istədiyini etsən, sənə qul olar. Beel-Zebubla isə bu cür deyil. Onun istəklərinin bir qismini etməkdən boyun qaçırsan, səndən çəkinər, bütün istəklərinə qadağa qoysan, qulun olar. Elə isə onunla sərt davran! Sənin üstünə bir dəfə hücum çəkəndə sən ona daha çox həmlə et, onu ən ağır işlərlə, ac, susuz qoymaqla cəzalandır. Qına, acıla, sındır! Bunlar onu üzür, zəiflədir və ram edir. Bir də ona dağ çək!
Sayfa 326 - Qədim Qala·Kitabı okudu
Kitap Alıntısı