Faustkolnikoff

Faustkolnikoff
@actavsan
8/10
·136 syf.··
Beğendi
·
2024 20. kitabı
Hekayəmizin baş qəhrəmanı Ordınov məktəbi yenicə bitirmiş, kitablara düşkün içine kapanık bir insandır. Ordınov əvvəlcə özünü evə bağlayıb və insanlardan təcrid edib tək yaşayan biridir. Lakin “Kilsə tarixi” adlı əsərə görə o, xarici aləmlə qarşılaşmağa məcbur olur və həyatı alt-üst olur. Katerina ilə kilsədə tanış olur və ona qarşı müəyyən hisslər keçirir. Beləliklə, hekayə rastlaşdığı bu qadınla davam edir. Açığı, kitabın ən çox bəyəndiyim hissəsi Katerina ilə Ordınov arasında romantik və poetik dialoqlar oldu. Dostoyevski bu qısa romanında öz şedevrlərinə xas üslub gözəlliyi ilə xəstə ruhların həyatından reallıqla yuxular arasında unudulmaz səhnələri bizə çatdırır. Müxtəlif əhval-ruhiyyələrdə xoşbəxtliyə susayan, lakin buna nail ola bilməyən bu insanların qeyri-adi bir reallıqda necə yaşadıqlarından bəhs edən axıcı bir romandır. Dostoyevskini oxumağı sevən hər kəsə tövsiyə edirəm.
Ev sahibəsiFyodor Dostoyevski · Qanun Nəşriyyatı · 013,7bin okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?

Faustkolnikoff

, bir kitap okudu
8/10
·136 syf.··
Beğendi
·
2024 20. kitabı
Fyodor Dostoyevski
7/10 · 13,7bin okunma
9/10
·480 syf.··
Beğendi
·
2024 19. kitabı
Oxuduğum ən real fərdi inkişaf kitabı. Həyatımızdakı bir çox mövzuları ətraflı şəkildə araşdıran və hər bir mövzu ilə bağlı maarifləndirici bir kitabdır. Oxumağınızı tövsiyə edirəm
Zafer Sızlanarak KazanılmazHaluk Tatar · Destek Yayınları · 20193,011 okunma
9/10
·83 syf.··
Beğendi
·
2024 18. kitabı
Lev Nikolayeviç Tolstoy “İvan İliçin ölümü” əsərində İvan İliç adlı qəhrəmanın kədərli hekayətinə toxunmuş, əslində insanların acınacaqlı və dramatik həyatını üzə çıxarmışdır. Bədii əsərdə qəhrəmanın uşaqlığından həyatının son anına qədər yaşadıqlarına qısa təsvirlərlə toxunaraq, real həyatda yaşamaq üçün mübarizə aparan insanların ömürlərini pul, vəzifə, ehtiras uğrunda necə keçirdiklərindən bəhs edib. Həyat və ölüm... Əslində, onlar ayrılmaz bir bütünün iki hissəsidir. Belə olduğu halda insanlar fani dünyanın nemətlərindən heç ölməyəcəkmiş kimi yapışırlar. Bir arzu, bir istək üçün ömürlər boşa gedir. Yaxşı! Bəs sevdiklərimiz və ya bizi sevənlər həyatımızda haradadır? Həqiqətənmi sevdik? Biz həqiqətən sevilirikmi? Yoxsa yaşadığımız hər şey sadəcə bir illüziyadır?
İvan İlyiç'in ÖlümüLev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 202261,2bin okunma