Aydan Aziz

9/10
·622 syf.··
2026 105. kitabı
İvan Qonçarovun bu romanı... yox, o qədər də sadə deyil. Əvvəlcə düşündüm ki, nəyin dalınca qaçıram? 600 səhifəlik bir adamın yatıb-durmasını, plan qurub heç nə etməməsini oxumağa dəyərmi? Dəyərmiş. Dəyər də. Oblomov... İlya İliç... O mənzildə uzanıb "sabah" deyən, paltarını geyinib çölə çıxmağa tənbəllik edən, amma beynində dağları qovan o adam – hamımızıq. Sən fərqinə var, yoxsa yox, hər birimizin içində bir Oblomov yatır. Bəzən onun gözünü açıb "yaşa, hərəkət et" deyirik, bəzən də üstünə bir yorğan çəkib onu daha da dərinə basdırırıq. Qonçarovun ən dahi işi budur – o, bir xəstəliyin adını qoydu. "Oblomovluq" deyə bir termini ədəbiyyata daxil etdi. Bu nədir? Tənbəllik? Yox. Tənbəllik onun bir budağıdır, amma kökü başqa yerdədir. Oblomovluq – hər şeyi başa düşüb, heç nə edə bilməməkdir. Nəyimiz çatışmır, harda səhv edirik, nə etməliyik – Oblomov bunların hamısını bilir. Olga onu sevəndə, Ştoltz ona əl uzadanda o hərəkət edə də bilər. Etdi də – bir müddətliyinə. Amma sonra... geri çəkildi. Yorğanı başına çəkdi. Bu, sadəcə iradəsizlik deyil. Bu, bir növ intihardır – sakit, səssiz, heç kimə zərəri olmayan, amma özünü məhv edən bir intihar. Olga xanım... o qadın məni həm sevindirdi, həm də kədərləndirdi. O, Oblomovu diriltmək istədi. Öz sevgisiylə, iradəsiylə, gözəlliyiylə. Amma bir insanı yalnız sevgi ilə dəyişmək olarmı? O dəyişmək istəmirsə, bütün cəhdlərin boşa çıxır. Olga nəhayət ki, bunu başa düşdü və getdi. Çünki bir insanın xilası üçün onun özünün də xilas olmaq istəməsi lazımdır. Oblomov isə xilas olmaq istəmirdi. O, Agafya Pşenitsınanı seçdi – rahatlığı, narahatlığı, hər gün eyni çayı, eyni piroqu. Yəni, ölümü seçdi. Çünki yaşamaq, nəfəs almaq, hərəkət etmək – bunlar ağırdır. Yatmaq isə yüngül. Bu sonsuz bir döngü deyilmi? Oblomovun "yatağı" nədir? Kimin
Edebiyat & Roman
Oblomovİvan Gonçarov · Türkiye İş Bankası Kültür Yayınları · 202149,8bin okunma
Aydan Aziz
Çox maraqlı təhlil etmisiniz
Reklam
Level 34 completed!
Heeee geldimm 34e catdim...mene o qeder uzaq gelirdi ki bu reqem,ele bilirdim hele cox var..Ama yas geldi oldu 34...ozluyumde hemise deyirdim ki butun eksikliklerimi 34e kimi tamamlayacam,...uzde olan seylerden daha cox derinde olan seyler...Duz 2il evvel,32yasimi qeyd etdiyim gun "dibi gorduyum" gun idi .Dibi gormek nedir bilirsiniz mi? Men gordum,ve ele bildim ki cixa bilmeyecem ordan.Ama bacardim...Yeni bir Vusale olaraq cixdim.Mence bir qadinin usaqliqdan cixib "qocaliga" getdiyi yoldaki "trampilin" dir 34yas...Buna gore bu qeder tehlukelidir..Her xanimin doya doya yasamaq istediyi bir yasdir 35 yas...Mende yasayacam,Soz verirem,Ozume bele qalmagi arzu edirem sadece+ saglam can!!! Bunlarla men az qala dunyani feth ederem...
Aydan Aziz
Təbrik edirəm,inkişaf yolunuzda daim irəliləməyiniz diləyilə💫
Nazim Hikmet 122 yaşında! Ben ise 26
“Mademki kafanda ışıklı bir gece var, benden izin sana, seeeeev sevebildigin kadar….” Nazım Hikmet Ran
Doğum Günün Kutlu Olsun
Aydan Aziz
Təbrik edirəm
Sizin düşünceleriniz nedir?
.. “Ailenize “Bu benim eşim, herkes saygı duyacak.” mesajını usulünce verip eşinize sahip çıkamayacaksanız, evlenmeyin. Kendinizi madden ve manen hazır hissetmiyorsanız evlenmeyin. Eşinizi dört duvar arasına hapsedip, “bu benim doğrum” diyorsanız evlenmeyin. “Aman.. evlenince düzelir..” diye oğlunuzu yada kızınızı bir başkasıyla evlendirmeyin. Kimse sizin hastalıklı ruhlu çocuğunuza rehberlik yapmak zorunda değil.! Sizden ricam başkasının hayatını mahvetmeyin, kimsenin başını yakmayın.” ..
1000k
Aydan Aziz
Güzel ifade edilmiş noktalar
Reklam