Aydan Aziz

Axı necə oldu?
6/10
·216 syf.··
2023 6. kitabı
·
19 günde okudu
·
Okunma: 31 Ağustos 2023 08:37
Baxıb "Həyatı belə yaşamaq olarmı?" dediyiniz, küskün,ruhsuzlaşmış,duyğusuzlaşmış, söylədiklərində şübhə,hərəkətlərində yanlış axtardığınız,özünü təcrid etmiş və ya təcrid etdiyiniz insanlar çoxdurmu? Sayını dəqiq deyə bilməsəm də,onların az olduğuna əmin deyiləm.Əsrləri müqayisə edəndə yaranan bənzərliklərdən biri də bax budur.Cəmiyyətin hər hansı bir tərəfində olduqlarını düşündüyümüz,əslində isə mərkəzdə dayanan və bizə ayna olan Peçorinlər...Biz bu insanların son versiyasını görürük,reaksiya veririk,tənqid edib rəy bildiririk,uzaqlaşmağa çalışırıq .Onları bu hala gətirən yanaşma,düşüncə,münasibətlər görməzdən gəlinə biləcək qədər qaranlıqdadır? Görünür bu qaranlıq fərdi psixologiya və kütlə psixologiyasının qarşılıqlı təsirinin nəticəsi olan insanların formalaşmasının səbəbi olmağa davam edəcək.Amma hər birimiz o qaranlığın böyüməsində müəyyən təsir göstəririk.Sonda ziddiyyətli zəmanə qəhrəmanları meydana çıxır və "axı necə oldu?" deyib təsəllilərlə yaşamağa davam edirik.
Hayata Dair
Zəmanəmizin QəhrəmanıMihail Yuryeviç Lermontov · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 20215,5bin okunma
Reklam
10/10
·312 syf.··
Beğendi
·
2023 5. kitabı
·
30 günde okudu
·
Okunma: 13 Ağustos 2023 13:33
Onun kitablarında özümüzü sorğulamaq,yaşadığımız dövrü təhlil etmək,baxıb görə bilmədiklərimizə fərqli tərəfdən yanaşmaq,geriyə baxmaq,bu günü dəyərləndirmək və ən əsası özü ilə söhbət etmək kimi bir fürsətimiz var. Bir Ömür Nasıl Yaşanır? dan sonra düşüncələri üçün darıxdığımı hiss etdim.Darıxdım,çünki yaş üstünə yaş gəldikcə düşüncəsi sabit qalan insanların müşahidə etdikdən sonra ömür sürdükcə münəvvərləşən birinin fikirlərinin fərqliliyini hiss etmişdim.3 ay öncə Azərbaycanda olarkən özünü şəxsən görüb məhz bu kitabını imzalı şəkildə əldə etmək şansım oldu .Kitablarında etdiyi söhbət başqa,özü ilə ünsiyyət isə bir başqa idi mənim üçün.Kitabxanamın müəllifindən imzalı şəkildə əldə etdiyim ilk üzvü oldu #k:381243.Şadam ki, bu məqamda ilk onun imzası ilə başladım.Və yenidən hocamla söhbətə başladım .Bu kitabı oxuduqca həyatınızdakı məsələlərə dair qərar verdiyiniz,nəticə çıxardığınız anlar ola bilər. Ona görə də oxuduqca başınızı qaldırıb düşünmənizdə fayda var.Sonda kitabdan bu cümləni qeyd etmək istədim:"İnsanlar,xüsusilə də aydınlar sürətin artdığı dövrlərdə bu sual barədə istər-istəməz düşünür-Hara gedirsən? Hara gedirik? Nə baş verir?"
2023 Okuma Raporları
İnsan Gələcəyini Necə Qurmalıdır?İlber Ortaylı · Teas Press · 07,9bin okunma
Pendirin bitməsinə hazır olun...
10/10
·78 syf.··
Beğendi
·
2023 2. kitabı
·
5 günde okudu
·
Okunma: 22 Şubat 2023 19:55
Qorxu təsirlidir,həddini bilməsəniz,mənfi təsirinin qarşısını necə almaq lazım gəldiyini və ya müsbət nəticələrə doğru getməyin yolunu müəyyənləşdirə bilməyəcəksiniz.Bəzən çox qorxuruq, düşünə bildiklərimizi əldə etməkdən,yeniliyi qəbullanmaqdan.Hətta onu bacaranların belə öz düşüncələrimizlə maneəsinə çevrilə bilirik.Amma bacaranlardan faydalanıb,ən az onlar qədər addımlasaq,yəqin dəyişiklik də özünü göstərər.Axı ,biz mühit təsirində olan homo sapienslərik. ️Üslubu fərqli olan bu kitab nə deyir? 1."Pendirimizi" tapa bilməsək də,olduğumuz yerdə bir gün onun bizi gəlib tapacağı ümidilə qalmamalıyıq. 2. Fərqli düşünürsünüz, yolunuzu dəyişmək istəyirsiniz? Elə isə kiminsə sizi fikirlərinizlə onların maneəli düşüncələri arasında qoymasına icazə verməyin. 3.Qorxmasaydınız nə edərdiniz? Cavabı tapmağa çalışmayın,tapın. 4.Köhnə düşüncələrlə "pendir" əldə etmək? Mifdən başqa bir şey deyil. 5.Yolunuzu tapıb "pendirinizi"əldə etmisinizsə,bunu necə etdiyinizi bölüşməyi unutmayın.Təcrübəli insanlara ehtiyac var.
2023 Okuma Raporları
Peynirimi Kim Kaptı?Spencer Johnson · Epsilon Yayınevi · 20192,055 okunma
"Görünür,insanları haqlarına qovuşduran ən adil hakim ölümdür "
8/10
·544 syf.··
Beğendi
·
2023 1. kitabı
·
47 günde okudu
·
Okunma: 18 Şubat 2023 00:00
Bioqrafiya oxumağı sevmə səbəblərimdən biri nəticə çıxarmağa ,düşündürməyə sövq edən faktları özündə əks etdirməsidir.Onların sırasına haqqında bəhs etdiyi şəxsiyyətlərinin bəzən ziddiyyət,bəzən də uyğunluq təşkil etdiyi bu kitab da daxil oldu.Lətifə xanımın insan ,qadın və Atatürkün həyat yoldaşı olaraq özünəməxsus keyfiyyətləri olsa da,onu məhz Lətifə Uşaqqi edən xüsusiyyətləri az deyil.Bu şəxsiyyətin fonunda Qazi Mustafa Kamal şəxsiyyəti ayrıca bir diqqət çəkir.Baş verənlərə hər ikisinin münasibətlərində dominantlıq təəssüratı yaranır,amma birlikdə olmaları bir çox hallarda birinin digərinə uyğunlaşmasından və ya buna çalışmalarından irəli gəlir.Hər bir halda qarşılıqlı sayğının və dəyərin qorunması daha əhəmiyyətli məqamdır ki,bu da ilk səhifələrdən başlayaraq sona qədər hadisələri izləyən əsas nüans oldu.Müəllifin qələmindən oxuduğum ilk kitabdır və tarixi faktlarla bədii dili birlikdə istifadə etməsi özünü sevdirdi.
2023 Okuma Raporları
Latife Hanımİpek Çalışlar · Yapı Kredi Yayınları · 20191,839 okunma