Alakbar Mammad

Alakbar Mammad
@alakbarmammad
De omnibus dubitandum.
Software Developer
Baku
Baku, 25 Eylül
44 okur puanı
Şubat 2023 tarihinde katıldı
Tini buruldular. Ravik gördü ki, fatalist Zaydenbaum da buradadır. Büzüşərək bir güncə çəkilmişdi və: – Yenə yollardayıq,–dedi. Ravik ciblərində siqaret axtardı, ancaq tapmadı. Yadına düşdü ki, çamadanda çoxdur. – Elədir,–dedi.–İnsan çox şeyə dözə bilir...
Reklam
Çağa çığırdı. Onu yudular. Ravik körpənin qıpqırmızı sifətinə, xırdaca əllərinə baxdı. «Biz bu dünyaya təbəssümlə gəlmirik!» – deyə ürəyindən keçirdi. Çağanı tibb bacısına verdi. Oğlan idi... – Kim bilir, hansı müharibə üçün dünyaya gəlib...–deyə Ravik yuyunmağa başladı.
Ravik onun əllərindən tutmuşdu. O əllərdən ki, artıq heç nə hiss eləmirdi... – Sən də həmişə mənimlə olmusan,–dedi və hiss eləmədi ki, birdən-birə almanca danışmağa başladı.–Sən həmişə mənimlə olmusan... Sevəndə də, nifrət edəndə də, biganə qalanda da... həmişə elə olub. Sən həmişə qəlbimdə olmusan... Bu vaxta kimi bir-biri ilə əcnəbi dillərdə danışmışdılar. İndi birinci dəfə, heç birinin də xəbəri olmadan, hərə öz ana dilində danışırdı. Sözlərin bənd-bərəsi dağılmışdı və bir-birini həmişəkindən də yaxşı başa düşürdülər.
Onlar pilləkənlə yuxarı qalxanda Morozov dedi: – Çox bilməyin özü də yaxşı deyil. Bunu sənə köhnə antisemit kimi deyirəm!
Yox, heç nəyi qaytarmaq olmaz, heç nəyi ilkin şəklinə salmaq mümkün deyil. Heçcə nəyi! Hətta Joan bundan sonra qayıtsa da, əvvəlkinin eyni olmayacaq. Yapışdırılmış büllur kimi... O an keçib getmişdi, daha geri qaytara bilməzdin...