Aşağıdan yenə həzin, yeknəsəq ağlaşma səsi gəlirdi. Ərinə həmişə xəyanət etmiş bir qadın indi onun ölümünə acıyırdı... Bəlkə də, dinləri tələb etdiyi üçün belə ağlayırdı... Ravik təəccübləndi ki, nə yaxşı özünü çox da bədbəxt hiss eləmədi...
Ravik siqaret çıxardı, hiss elədi ki, çox qurudur. Belə de! İndi başa düşdü! Bıçaq, ülgüc kimi iti olanda ağrıtmaz! Bir şey ki yəqinləşdi, ağrı o dəqiqə kəsilir. Ağrı həmişə o dərd yəqinləşənə kimi, bir də yəqinləşib qurtarandan sonra başlayır...
– Həkimlər həmişə bəhanə tapır!–Bu sözləri Joan asta-asta dedi.
– Qadınlar kimi, Joan! Biz ölümlə oynayırıq, siz isə məhəbbətlə... Dünyanın bütün bəhanələri də, həqiqətləri də bunun üstündə bərqərar olub.
“Sevən adam möcüzəyə inanmırsa, batıb!” Bu sözləri 1933-cü ildə vəkil Arensen Berlində demişdi. Üç həftədən sonra onu həbs düşərgəsinə göndərdilər, çünki sevgilisi şeytanlamışdı...
Boris, biz onda səhv elədik ki, fikirləşməyə başladıq. Əgər ehtiras, vəhşilik kimi bir səadətdən qaçmasaydıq, belə olmazdı. Kimsə bizim üstümüzdə təcrübə aparır, ancaq, deyəsən, cavabını hələ tapmayıb. Gəl taleyimizdən şikayətlənməyək. Hətta üzərində təcrübə aparılan heyvanlarda belə peşəkar qürur olmalıdır.